Bir ekosistemi ötən ayın yenilikləri

Qafqazın ilk rəqəmsal ekosistemi olan Bir, ötən ay ərzində nəqliyyat, rəqəmsal ödənişlər və digər xidmət sahələrində bir sıra funksional yeniliklər təqdim edib.

Birbank-la ictimai nəqliyyatda təmassız ödənişlər istifadəyə verildi

Birbank-ın texnoloji dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq Bakı Metropolitenində gediş haqqını istənilən bankın təmassız (NFC) ödənişi dəstəkləyən kartı ilə ödəmək mümkündür. BakıKart ilə birgə tətbiq edilən bu sistem yalnız Kapital Bank müştərilərini deyil, digər bank istifadəçilərini də əhatə edir.

Yeni sistem həmçinin Apple Pay, Google Pay, eləcə də Birbank, BakıKartm10 vasitəsilə ödənişləri dəstəkləyir. Yaxın zamanda təmassız ödənişlərin marşrut avtobuslarında da tətbiqi planlaşdırılır.

Bir Bonus ilə taksi ödənişlərində genişləndirilmiş istifadə imkanı

Bir ekosisteminin partnyor şəbəkəsi genişləndiyi üçün istifadəçilər qazandıqları bonuslardan daha çox sahədə yararlana bilirlər. Artıq Bir Bonus balarını Yango tətbiqində taksi xidmətinin ödənişində istifadə etmək mümkündür.

Bunun üçün istifadəçilər Yango tətbiqinə Bir ID ilə daxil olaraq bonus kabinetini aktivləşdirirlər. Bonuslarla səfər dəyərinin 90%-inədək hissəsini ödəmək mümkündür. Bir bonusun dəyəri 1 manata bərabərdir və bonus balansı birbaşa tətbiqdə göstərilir.

Birmarket-də Apple Pay və Google Pay ilə ödəniş imkanı

Birmarket-də alış-veriş edən istifadəçilər artıq kart məlumatı əlavə etmədən Apple PayGoogle Pay vasitəsilə ödəniş edə bilirlər. Bu yenilik platformada ödəniş prosesini sadələşdirir.

m10 tətbiqində rəqəmsal səsvermə funksiyası

m10 tətbiqinə rəqəmsal səsvermə funksiyası əlavə edilib. İlk dəfə “Kəlmə-kəlməyə” layihəsi çərçivəsində tətbiq olunan bu funksiya vasitəsilə istifadəçilər dəstəklədikləri iştirakçıya m10 üzərindən səs verə bilirlər.

m10-da yadda saxlanılmış kart vasitəsilə ödəniş

m10 tətbiqində yeni funksiya kimi balansın az və ya sıfır olduğu hallarda belə ödənişlərin yadda saxlanılmış bank kartı ilə aparılması imkanı əlavə olunub.

Ekosistemdə inteqrasiyalar və xidmətlərin genişlənməsi

Bir ekosistemi Birbank, Birmarket, m10 və MilliÖn kimi brendləri birləşdirir. Bununla yanaşı, Trendyol Azərbaycan və BakıKart kimi tərəfdaşlarla əməkdaşlıq davam edir.

Bu əməkdaşlıqlar nəticəsində:

  • partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişləri,
  • Birmarket-də Birbank-la kreditli alış-veriş,
  • Trendyol-da Birbank taksit kartları ilə ödəniş,
  • vahid bonus proqramı və digər rəqəmsal həllər istifadəçilər üçün əlçatan olub.

Ekosistem “Vahid giriş”, “Vahid bonus”, “Vahid ödəniş” və “Vahid kredit” konsepsiyaları əsasında formalaşdırılıb və məqsəd sürətli, rahat və təhlükəsiz xidmət təmin etməkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması

CulTech İnkubasiya Proqramının 4-cü kohortunun Demo Day-i Bakı Konqres...

Özbəkistanda nağd alışlara limit tətbiq ediləcək

Özbəkistanda 2026-cı il aprelin 1-dən etibarən alkoqol, tütün məmulatları,...

Milli Süni İntellekt Mərkəzi data mərkəzinin qurulmasına başlayıb

Azərbaycanın süni intellekt ekosisteminin inkişafı çərçivəsində Milli Süni İntellekt...

Azərbaycanda data və kvantum platformaları yaradıla bilər

Azərbaycan ilə IBM şirkəti ölkənin rəqəmsal transformasiyası, suveren "bulud",...

Özbəkistanda “Telegram Wallet”dan istifadə rəsmiləşib

9 dekabr 2025-ci il tarixindən etibarən Özbəkistanda Telegram istifadəçiləri...
spot_img