Bakıda beynəlxalq “FINTEX SUMMIT 2024” keçiriləcək

15-16 may 2024-cü il tarixlərində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda “FINTEX SUMMIT 2024” forumu keçiriləcək.

Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçirilir.

Kifayət qədər tarixə malik olan Sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullarını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu bir platforma olaraq özünü sübut etmişdir.

Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Bu il Sammit açılış nitqi və bütövlükdə 8 paneldən ibarət olacaq. Açılış nitqində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Visa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin rəhbər şəxsləri tərəfindən çıxışların olacağı gözlənilir.

Ümumilikdə tədbirə iki gün ərzində 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçının qatılacağı gözlənilir. Eyni zamanda müxtəlif ölkələrdən 45 məruzəçi dinamik inkişaf edən bank-maliyyə, fintex və texnologiyalar barədə çıxış və təqdimatlar edəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir

"Birbank Private" müştərilərinə eksklüziv xidmətlər, unikal imtiyazlar təklif etməyə...

ABŞ Poçt Xidməti Çin Dövlət Poçt Operatorlarından Bəzi Bağlamaların Qəbulunu Dayandırdı

"Növbəti bildirişədək" məhdudiyyət qüvvədədir. ABŞ Poçt Xidməti (USPS) bəyan edib...

“Google” süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib

“Google” şirkəti süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə...

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən...
spot_img