“Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycan Mərkəzi Bankında (AMB), qurumun hazırladığı “Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi müzakirə edilib.

wecom.az AMB-yə istinadən xəbər verir ki, qurumun sədri Taleh Kazımov “Azərbaycan Fintex Assosiasiyası” (“AzFina”) İctimai Birliyinə üzv olmayan təşkilatların nümayəndələri ilə görüş keçirib.

Görüş çərçivəsində fintex ekosisteminin institusional inkişaf istiqamətləri, eləcə də rəqəmsal maliyyə xidmətlərinə və innovativ həllərə əlçatanlığın artırılması imkanları müzakirə olunub.

Müzakirə zamanı AMB-nin maliyyə texnologiyaları sektorunun inkişafını dəstəkləyən prioritet istiqamətləri və strateji təşəbbüsləri – Açıq bankçılıq, paylanılmış “Öz müştərini tanı” konsepsiyası və “Kriptoaktivlər bazarı haqqında” qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, AÖS ödənişlər sisteminin yaratdığı imkanlar və xüsusi tənzimləmə rejiminin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin təşkilatların qarşılaşdığı çətinliklər dinlənilib, təşkilatların birgə fəaliyyətinin və qarşılıqlı kommunikasiyasının gücləndirilməsinin zəruriliyi qeyd olunub.

spot_imgspot_img

Oxşar xəbərlər

JPMorgan: yalnız süni intellekt etiketi artıq kreditorları cəlb etmir

JPMorgan qeyd edir ki, süni intellekt etiketi artıq maliyyələşmə üçün kifayət deyil. Şirkətlər borc və gəlir göstəricilərini sübut etməlidir.

Bitcoin 80 min dollardan aşağı düşdü: kripto bazarı Asiya texnologiya yüksəlişinə biganə qaldı

Bitcoin 79 700 dollara qədər ucuzlaşıb. Asiya texnologiya səhmlərinin yüksəlişi kripto bazarına təsir göstərməyib, Fed iclası davam edir.

Apple M6 çipli 14 düymlük MacBook Pro təqdim etdi: süni intellekt gücü artır

Apple M6 prosessoru ilə 14 düymlük MacBook Pro-nu yeniləyib. Model cihaz daxilində süni intellekt və 24 saatlıq batareya müddəti ilə diqqət çəkir.

Disruptive 10 milyard dollarlıq fond yaradır: ən azı 10 şirkətə böyük investisiya

İnvestisiya şirkəti Disruptive 10 milyard dollarlıq fond yaradaraq ən azı 10 şirkətə böyük investisiya qoymağı hədəfləyir.

Yaponiya hökumətinin yen stablecoin-i ilk ildə hədəfini tuta bilməyib

Yaponiyanın ən böyük yen stablecoin layihəsi ilk ildə gözləntiləri doğrultmayıb. Şirkət bunu əməliyyat limitləri ilə əlaqələndirir.
spot_img