“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycanda Superkompüter Mərkəzi qurub.

Ölkə Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən Mərkəz süni intellekt layihələrinin həyata keçirilməsi, Azərbaycanın süni intellekt sahəsində inkişafını sürətləndirmək və rəqəmsal inkişafa təkan vermək məqsədilə yaradılıb.

Əsasən innovasiya subyektləri, biznes və dövlət layihələri üçün nəzərdə tutulan Mərkəzdə “NVIDIA H200 GPU” çiplərindən istifadə edilməklə adi kompüterdən dəfələrlə güclü olan, böyük miqdarda məlumatı yüksək sürətlə emal edə bilən yüksək performanslı (Hyper Performance Computer – HPC) kompüterlər yerləşdirilib.

Superkompüter Mərkəzinin yaradılması ölkədə süni intellekt ekosisteminin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Belə ki, yüksək performanslı Qrafik Proses Modulu (Graphics Processing Unit – GPU) çipləri üzərində qurulan Mərkəz böyükhəcmli məlumatların emalı ilə süni intellekt modellərinin sürətli işləməsini təmin edən texnoloji infrastruktur rolunu oynayacaq. Bu infrastruktur sayəsində yerli süni intellekt layihələrinin xarici resurslardan asılılıq olmadan ölkə daxilində inkişaf etdirilməsi mümkün olacaq. Dövlətə məxsus məlumatların emalı üçün daha təhlükəsiz mühit formalaşacaq və bu potensial Azərbaycanın regionda süni intellekt üzrə rəqabətə davamlılığını təmin edəcək.

Hazırda Superkompüter Mərkəzinin fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni “GPU” çiplərinin alınması istiqamətində müvafiq işlər davam etdirilir.

“AzInTelecom” ölkənin ən böyük “bulud” xidmətləri provayderi, həmçinin “Hökumət buludu” layihəsinin icraçısıdır. Hazırda Bakı və Yevlax şəhərlərində “AzInTelecom”a məxsus “TIER III” sertifikatlı iki data mərkəzi fəaliyyət göstərir. Abşeron və Hacıqabul rayonlarında daha iki data mərkəzinin tikintisi isə davam edir.

spot_imgspot_img

Oxşar xəbərlər

Süni intellekt dünyasının ən nüfuzlu adamını heç nə narahat etmir

Süni intellekt dünyasının ən nüfuzlu şəxslərindən biri apokalipsis narahatlığı yaşamır, OpenAI-ın yeni modelləri isə ali riyaziyyatı uğurla həll edir.

Wildberries və Ozon-a qarşı məhkəmə iddiaları iki dəfə artdı

Rusiyanın ən böyük marketplace platformalarına qarşı açılan yeni məhkəmə işlərinin sayı iki dəfə artıb, iddiaların böyük hissəsi kiçik satıcılar tərəfindən qaldırılır.

SBI Group dtcpay-ın 25 milyon dollarlıq investisiya raunduna qoşulub

Yaponiyanın SBI Group şirkəti stablecoin ödəniş şirkəti dtcpay-ın 25 milyon dollarlıq Series A raunduna qoşulub.

Şimali Koreya saxta işə qəbul kampaniyası ilə 10,7 milyon dollar kripto oğurlayıb

Şimali Koreyanın WaterPlum qrupu kripto və süni intellekt şirkətlərində saxta iş elanları yaradaraq 30 min cihazı yoluxdurub və 10,7 milyon dollar kripto oğurlayıb.

Avtomobil idarəetməsində süni intellekt təhlükəsizliyi necə ölçülür?

Avtonom nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsini müəyyən etmək üçün vahid standartların olmaması müzakirə olunur.
spot_img