“Azercell” yeni Wi-Fi cihazını təqdim edir

4G modem alan hər kəsə 55Gb internet hədiyyə olunur

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan “Azercell Telekom” MMC yeni Wi-Fi cihazını təqdim edir. Xüsusi kampaniya çərçivəsində Wi-Fi modem alan hər kəsə Fakturasız xətt data nömrə və 55GB həcmində internet paketi (istifadə müddəti 30 gün) hədiyyə olunur. Yeni modemi 159 AZN-ə əldə etmək mümkündür.

64-ə qədər cihazın eyni anda yüksək sürətli internetə qoşulmasını təmin edən bu modem smartfon, kompüter, noutbuk, planşet, printer, televizor və s. bu kimi cihazları dəstəkləyir. Yeni 4G Wi-Fi modem ev və ofis ilə yanaşı, istirahət zamanı portativ internetə ehtiyacı olan istifadəçilər üçün də ideal bir həlldir. Belə ki, cihaz 90 metrlik radiusda stabil internetə qoşulma imkanı təqdim edir.

Kampaniyadan faydalanmaq istəyən abunəçilər ən yaxın Azercell satış məntəqəsinə müraciət edə bilərlər.

Ətraflı məlumat üçün veb-səhifəyə keçid etməyiniz xahiş olunur.

“Azercell”in yeni Wi-Fi kampaniyasına qoşularaq yüksək sürətli internet təcrübəsindən yararlanın!

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img