AZAL karbon emissiyalarının kompensasiyası proqramına start verir

“Azərbaycan Hava Yolları” (AZAL) QSC karbon emissiyalarının kompensasiyası proqramına start verir.

AZAL sərnişinlərinə karbon emissiyalarının kompensasiyası proqramında iştirak edərək səyahətlərini ekoloji cəhətdən daha məsuliyyətli etmək imkanı təqdim edir. Bu könüllü təşəbbüs iqlim dəyişikliyi ilə mübarizəyə və aviasiyanın ətraf mühitə təsirini azaltmağa yönəlib. Proqram çərçivəsində AZAL karbon emissiyalarının kompensasiyası sahəsində tanınmış lider şirkətlərdən biri olan “CarbonClick” ilə əməkdaşlıq edir.

Bu proqram vasitəsilə AZAL-ın hər bir sərnişini ekoloji layihələrə dəstək verməklə öz uçuşlarının ətraf mühitə təsirini azalda bilər. Kompensasiya prosesini aviabilet alarkən və ya alındıqdan sonra həyata keçirmək mümkündür. Sərnişinlər bu linkə keçid edərək öz uçuşlarının karbon izini hesablaya və təşəbbüsdə iştirak edə bilərlər: https://azerbaijanairlines.carbon.click/.

İqlim dəyişikliyinin ciddiliyini nəzərə alaraq aviasiya sahəsi bu problemin həllinə töhfə vermək üçün addımlar atır. Karbon emissiyalarının kompensasiyası proqramı çərçivəsində AZAL-ın sərnişinləri “Gold Standard” və VCS kimi beynəlxalq təşkilatlar tərəfindən sertifikatlaşdırılmış layihələri dəstəkləyirlər. Bu layihələr karbon emissiyalarını azaltmağa və təmiz enerji mənbələrinin istifadəsini artırmağa kömək edir.

AZAL aviadaşımalar zamanı CO2 emissiyalarını azaltmaq məqsədilə ekoloji təşəbbüslərini daha da genişləndirməyi planlaşdırır.

spot_imgspot_img

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı avrozona üçün maliyyə riskləri barədə xəbərdarlıq etdi

AMB avrozonada dövlət borclarının artması və süni intellekt infrastrukturuna borclanma bumunun bazarları qəfil itkilərə həssas etdiyi barədə xəbərdarlıq edib.

inveon.ai səsli alış-veriş həllini istifadəyə verdi

inveon.ai süni intellekt dəstəkli ASA Voice Shopping səsli alış-veriş həllini istifadəyə verdi.

each::labs Revo Capital və EBRD-nin dəstəyi ilə 7 milyon dollar cəlb etdi

Generativ media platforması each::labs Revo Capital və EBRD-nin ortaq rəhbərliyi ilə 7 milyon dollar investisiya cəlb edib.

Wildberries Tbilisidə taksi sifarişi xidməti işə salacaq

Wildberries Tbilisidə taksi sifarişi xidmətini işə salmağı və Gürcüstanda anbar tikməyi planlaşdırır.

Britaniyalı hakerlər GTA 6 sızması və kripto oğurluğuna görə həbs cəzası ilə üzləşir

İki britaniyalı haker GTA 6 sızması və milyonlarla dollar dəyərində kripto oğurluğuna görə həbs cəzası ilə üzləşir.
spot_img