MPay-dən Ovuc ilə ödəniş artıq Azərbaycanda

Fintex sahəsində innovativ həlləri ilə seçilən “MPAY” (eManat) ölkənin nağdsız ödənişlər bazarında yeni bir dövrün əsasını qoyur. Şirkət ölkədə ilk dəfə olaraq ovuc ilə ödəniş texnologiyası olan “PalmPay”i təqdim edir.

Bu texnoloji yenilik ilk dəfə olaraq pilot versiyada “Grandmart” MMC-yə aid Bolmart mağazasında istifadəyə verilib. Müştərilər alış-veriş ödənişlərini Səməd Vurğun küçəsində yerləşən Bolmart mağazasında sadəcə ovucları ilə sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Yaxın gələcəkdə bu ödəniş təcrübəsinin digər satış və xidmət məntəqələrində də genişləndirilməsi nəzərdə tutulur.

PalmPay nədir?

PalmPay – istifadəçilərə kart, telefon və ya nağd pul olmadan, sadəcə ovcundan istifadə etməklə ödəniş etməyə şərait yaradan innovativ ödəniş texnologiyasıdır. Sistem istifadəçinin ovuc içindəki unikal damar strukturunu tanıyaraq şəxsiyyəti təsdiqləyir və ödəniş əməliyyatını MPAY cüzdanından təhlükəsiz şəkildə həyata keçirir.

Bu layihə ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına böyük təkan verməklə yanaşı, istifadəçilərə maksimum rahatlıq və yüksək təhlükəsizlik vəd edir.

Məlumat üçün bildirək ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024 tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

spot_imgspot_img

Oxşar xəbərlər

Palantir rəsmisi: Avropa süni intellektdə internetdə olduğu kimi qatarı buraxır

Palantir şirkətinin Böyük Britaniya üzrə rəhbəri bildirib ki, Avropa korporativ süni intellekt sahəsində geri qalır və bu, internet dövründəki fürsət itkisini xatırladır.

Azərbaycan Kamboca ilə investisiyaların qorunması sazişini hazırlayır

Azərbaycan Kamboca ilə investisiyaların qarşılıqlı qorunması haqqında saziş hazırlayır və işğaldan azad edilmiş ərazilərdə yeni imkanlar təqdim edir.

Kamboca Azərbaycana Pnompendə səfirlik açmağı təklif edib

Kamboca Azərbaycana Pnompendə tamhüquqlu diplomatik nümayəndəlik açmaq çağırışı ilə müraciət edib.

WindBorne ABŞ Hərbi Hava Qüvvələrindən 50 milyon dollarlıq müqavilə qazandı

Silikon Vadisində yerləşən WindBorne startapı süni intellekt və hava şarları texnologiyası ilə ABŞ Hərbi Hava Qüvvələrindən 50 milyon dollarlıq müqavilə əldə edib.

Kamboca Azərbaycan investorlarına 12 ilə qədər vergi güzəştləri təklif edib

Kamboca Azərbaycan investorlarına 12 ilə qədər vergi güzəştləri və gənc işçi qüvvəsi təklif etməyə hazır olduğunu bildirib.
spot_img