“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir sıra sualların cavablarını bu saytda tapa biləcək.

2021-ci ildən yenilənmə mərhələsinə keçid edən milli poçt operatoru – “Azərpoçt” MMC-nin veb-saytı yenilənib. 

Şirkətin yaydığı məlumatda bildirilir ki, saytın müasir dizaynda tərtibatı istifadəçiyə maraqlı olan bütün məlumatları asanlıqla əldə etməyə imkan yaradır.

Qeyd edilib ki, üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərəcək veb-sayt geniş təhlil edilmiş müştəri tələbləri əsasında hazırlanıb.

Belə ki, bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir sıra sualların cavablarını bu saytda tapa biləcək. Misal üçün, beynəlxalq və ölkədaxili göndərişlər, daşınma şərtləri və qaydaları kimi müştərini maraqlandıran ilkin sualların cavabları, eləcə də maliyyə və poçt kalkulyatoru kimi funksionallıqlar saytda öz əksini tapıb.

Bundan başqa, istifadəçilər üçün daha zəruri hesab edilən poçt şöbələrinə dair yeni bir funksionallıq da təqdim olunub. Artıq yeni saytda vətəndaşlar öz ünvanlarına xidmət göstərən poçt şöbələrini tapa biləcək, həmçinin bir poçt şöbəsinə aid olan digər ünvanları görə biləcəklər. Vətəndaşın şöbəyə yol hərəkətinin dəqiq şəkildə təmin olunması üçün ölkə üzrə hər bir poçt şöbəsinin coğrafi koordinatları saytda maksimum dəqiqliklə yerləşdirilib.

Vətəndaşlarla kommunikasiyanın dərhal və yerindəcə əlçatanlığı baxımından saytda canlı söhbət əvvəlki qaydada yenidən təmin edilib.

Yeni veb-saytda, həmçinin istifadəçilər “Azərpoçt”un üç fərqli xidmət sahəsi (poçt, maliyyə, rəqəmsal) haqqında məlumatları daha rahat şəkildə əldə edəcək, qurumun digər xidmətləri olan karqo, sürətli poçt xidməti və marka sahələrinə asanlıqla keçid edəcəklər.

Qeyd edək ki, bu layihə “Azərpoçt”un cari il ərzində elan etdiyi üçüncü rəqəmsal layihədir. Bundan əvvəl qurum İnternet bankçılıq, “AzPost Mobile” kimi rəqəmsal həlləri də müvafiq olaraq hüquqi və fiziki şəxs olan müştərilərinə təqdim edib.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img