Azərbaycanda kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır

Azərbaycanda kriptovalyuta və bütün növ virtual aktivlər üzrə tənzimləmənin təmin edilməsi məqsədilə tədris və məlumatlandırma xarakterli sənəd hazırlanır.

Bunu “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib.

Onun sözlərinə görə, kriptovalyuta sahəsində gəlir mənbələrinin şəffaflığı ilə bağlı ciddi suallar mövcuddur ki, bu da maliyyə inklüzivliyi və maliyyə sabitliyi baxımından yeni risklər yaradır:

“Bu prosesdə ən vacib məsələ insanların tənzimləyici quruma – Azərbaycan Mərkəzi Bankına (AMB) və müvafiq xidmətləri göstərən subyektlərə olan etimadıdır”.

E.Abdullayev qeyd edib ki, stabilkoinlər və növbəti mərhələlərlə bağlı artıq ilkin yanaşma formalaşıb:

“Hazırda stabilkoinlər və digər virtual aktivlər üzrə fundamental tənzimləyici sənədin hazırlanmasına dair ilkin plan mövcuddur. Gələcəkdə bu proses mərhələli şəkildə idarə olunacaq və ümid edirik ki, perspektivdə Mərkəzi Bank tərəfindən tənzimlənən stabilkoin də təqdim ediləcək”.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img