Azərbaycanda bankların Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiyasına başlanılır

Bu il Azərbaycanda Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə özəl qurumların inteqrasiyasına start veriləcək.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə bankların sistemə inteqrasiyasına başlanacaq.

“İndiyə kimi 950 dövlət qurumu sistemə inteqrasiya olunub. İlin sonuna kimi Altsistemin Rəqəmsal Hökümət Platforması ilə inteqrasiyası nəticəsində vətəndaş və dövlət qurumları arasında elektron sənəd mübadiləsinin təmin edilməsi hədəflənir”,- deyə R. Xalıqov qeyd edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img