Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “Facebook” olub.

Xeberler.az “StatCounter”a istinadən məlumat verir ki, bu dövrdə “Facebook”un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 72,8% təşkil edib. Bu isə ötən ilin noyabr ayı ilə müqayisədə 4,04 faiz bəndi, illik müqayisədə isə 8,9 faiz bəndi çoxdur.

İstifadəçi sayına görə, ikinci yerdə 7,14% payla “X” sosial şəbəkəsi qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 8,8 faiz bəndi az, ötən ilin eyni dövrü ilə müqayisədə 0,18 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 6,57% payla “Youtube” olub. Bu, noyabr ayı ilə müqayisədə 0,37 faiz bəndi az, illik müqayisədə 1,64 faiz bəndi çoxdur.

Dördüncü yerdə 6,19% payla “İnstagram” qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 0,89 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 6,81 faiz bəndi az olub.

Ötən ay “Pinterest” sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,09 faiz bəndi, illik 3,42 faiz bəndi azaldaraq 5,98%-lə beşinci yerdə qərarlaşıb.

İstifadəçi sayına görə, altıncı yeri 0,53% payla “Reddit” sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,04 faiz bəndi artırıb, illik 0,53 faiz bəndi azaldıb.

Dekabrda “Linkedin” sosial şəbəkəsi 0,42% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 0,04 faiz bəndi artıb, illik 0,03 faiz bəndi azalıb.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img