“Google Gemini”nin Azərbaycandakı bazar payı artıb

Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 90,78 % təşkil edib.

“Statcounter” agentliyinə istinadən bu, noyabr ayına nisbətən 3,29 faiz bəndi azdır.

İkinci pillədəki “Google Gemini”nin bazar payı ay ərzində 2,33 faiz bəndi artaraq 4,24 % təşkil edib. Beləliklə onun bazar payı ay ərzində 2,2 dəfə artıb.

Növbəti yerdə qərarlaşan “Perplexity”nin bazar payı dekabrda 0,97 faiz bəndi artaraq 2,88 % olub.

Dördüncü yerdəki “Microsoft Copilot”un bazar payı 1,7 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,1 faiz bəndi azdır.

İlk beşliyi 0,4 %-lik bazar payı ilə “Claude” qapayır. Onun payı noyabr ayı ilə müqayisədə 0,08 faiz bəndi artıb.

Müxtəlif platformaların bazar payına görə AI “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“ChatGPT” – 90,68 % (noyabra nisbətən 3,25 faiz bəndi az);

“Google Gemini” – 4,19 % (+2,55 faiz bəndi);

“Perplexity” – 2,82 % (+0,92 faiz bəndi);

“Microsoft Copilot” – 1,88 % (-0,27 faiz bəndi);

“Claude” – 0,44 % (+0,06 faiz bəndi).

Mobil cihazlarda:

“ChatGPT” – 91,72 % (-3,05 faiz bəndi);

“Google Gemini” – 4,73 % (+1,46 faiz bəndi);

“Perplexity” – 3,55 % (+1,59 faiz bəndi);

Planşetlərdə:

“ChatGPT” – 100 % (dəyişməyib);

spot_imgspot_img

Oxşar xəbərlər

Həyat sığortasında 12,5% artım: yığımlar 600 milyon manatı keçdi

Həyatın yaşam sığortası üzrə sığorta haqları 2026-cı ilin ilk 9 ayında 613,8 milyon manata çatıb, illik artım 12,5% təşkil edib.

Musk 200-dən çox süni intellekt bulud provayderinin “balıq ölümü” ilə üzləşəcəyi barədə xəbərdarlıq edib

Elon Musk 200-dən çox ixtisaslaşmış süni intellekt bulud provayderinin "balıq ölümü" ilə üzləşəcəyini deyib, Gartner isə 2030-a qədər 80%-nin bağlanacağını proqnozlaşdırır.

Azərbaycan və Türkiyə nağd pul dövriyyəsinin idarə olunmasını müzakirə edib

AMB və TMB nümayəndələri nağd pul dövriyyəsinin idarə olunması, filial infrastrukturu və xəzinə əməliyyatları üzrə təcrübə mübadiləsi aparıb.

«M.Video» marketpleys məhsullarının pərakəndə mağazalarda satışını test edir

M.Video marketpleys məhsullarını fiziki mağazalarda satmağı test edir; şirkət geyim, mebel və uşaq malları üzrə beş pilot nöqtə açıb.

Moonshot AI kodlama və 3D modelləşdirmə qabiliyyətlərini artıran Kimi K3.1 Pro-nu təqdim etdi

Çin mərkəzli Moonshot AI kodlama və 3D modelləşdirmə qabiliyyətlərini təkmilləşdirdiyi Kimi K3.1 Pro modelini və sürətli Highspeed versiyasını təqdim edib.
spot_img