Azərbaycan – Türkiyə eTicarət Forumu 24

7 Mart 2024 tarixində Four Seasons Hotel Baku-da Azərbaycan – Türkiyə eticarət forumu keçiriləcək. Tədbirdə Türkiyənin eticarət proqram həllərini verən Ticimax, İdeasoft, Money industries, TRPOS kimi şirkətlərin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanlı istehlakçılar müxtəlif məhsul və xidmətlərdən onlayn platformalar vasitəsi ilə istifadə edir. Həmçinin Türkiyədə onlayn alış-veriş həcmi geyim, elektronika və məişət əşyaları kimi kateqoriyalar üzrə sürətlər artır. Mobil cihazların artan istifadəsi ilə elektron ticarət Bakıda böyük vüsət alıb. Xatırladaq ki, ötən il də Azərbaycan və Türkiyə elektron ticarət sahəsində bir araya gəlmişdi. Hansı ki, bu Fintech tədbirində 22 məruzəçi 6 sessiyada çıxış etmişdi. Yekun olaraq isə 150 iştirakçı tədbirdə aktiv olaraq iştirak etmişdi.

Ümumiyyətlə elektron ticarət forumu 2024-də iştirakçıları ən son texnologiyalarla tanış olmaq fürsəti gözləyir. Həmçinin iştirakçılar tədbirin vacib mövzuları olan Rəqəmsal Transformasiya və Elektron Ticarət Trendləri barəsində ən son inkişafları öyrənə, Ödəniş Sistemləri və Maliyyə Texnologiyaları haqqında ətraflı məlumat əldə edə, Təhlükəsiz və sürətli ödəniş sistemlərinin gələcəyi barədə, habelə Logistika sahəsində ən son tendensiyaları və həlləri öyrənə biləcək.

Forumda iştirakçı sayı 150 nəfər ilə limitlənib.

Bilet sifarişi üçün: https://paymes.shop/turkiye-azerbaycan-eticaret-forumu-234293342?p=link
Sual və sponsorluqla bağlı əlaqədar info@ftihub.com ilə əlaqə saxlamağınız lazımdır.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img