Azərbaycan Cənubi Qafqazda ən güclü AI infrastrukturuna sahibdir!

Azərbaycanda süni intellekt ekosistemi sürətlə genişlənir və yeni mərhələyə qədəm qoyur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin keçirdiyi “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusundakı elmi-praktik konfransda dövlət qurumları ölkənin rəqəmsal transformasiya gücünü artıracaq mühüm açıqlamalarla çıxış edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri artıq effektiv işləyən yeni süni intellekt həllini təqdim ediblər. Qanunvericilik bazasına əsaslanan AI dəstəkli axtarış sistemi qısa müddətdə 30 min istifadəçiyə çataraq hüquqşünaslardan tutmuş sıravi vətəndaşlara qədər geniş auditoriyanın məlumat əldə etmə imkanlarını xeyli artırıb.

Bununla yanaşı, ölkədə ABŞ-ın aparıcı çip istehsalçısı NVIDIA-nın infrastrukturu qurulub. “AzInTelecom” MMC-də yerləşdirilən 32 ədəd H200 “Hopper” GPU artıq bir çox yerli qurumun, o cümlədən Elm və Təhsil Nazirliyinin öz AI modellərini bu platformada formalaşdırmasına imkan yaradır. Bu addım Azərbaycanı regionda qabaqcıl süni intellekt hesablama mərkəzlərindən birinə çevirə bilər.

Nazirlik həmçinin süni intellektin etik, təhlükəsiz və məsuliyyətli tətbiqi üçün xüsusi standartların hazırlanmasına başlayıb. Ölkədə 1 milyarddan çox açıq data vahidinin AI modellərinin inkişafında istifadəsi planlaşdırılır ki, bu da startaplar, tədqiqatçılar və özəl sektor üçün böyük imkanlar açır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə paralel olaraq ölkənin iqlim məlumatlarını rəqəmsallaşdırır. Son 100 ili əhatə edən hidrometeoroloji məlumatların vahid verilənlər bazasında toplanması, eləcə də quraşdırılan dopler radar sistemləri sayəsində təhlükəli hava şəraiti daha dəqiq proqnozlaşdırılacaq. Bu böyük həcmli məlumatların gələcəkdə opendata.az portalında açıq data kimi təqdim edilməsi nəzərdə tutulur.

Bu addımlar Azərbaycanın süni intellekt, böyük verilənlər və yüksək performanslı hesablama sahəsində regionun lideri olmağa doğru sürətlə irəlilədiyini göstərir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img