Azərbaycanın İKT sektorunda orta aylıq əməkhaqqı 13 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 704 manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət sektorunda bu göstərici 1 496 manat, özəl sektorda isə 1 855 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 12,5 %, o cümlədən dövlət sektorunda 16,3 %, özəl sektorunda isə 9,7 % artıb.

Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı avqustun 1-nə 33,7 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3,7 % çoxdur.

spot_imgspot_img

Oxşar xəbərlər

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir

"Birbank Private" müştərilərinə eksklüziv xidmətlər, unikal imtiyazlar təklif etməyə...

ABŞ Poçt Xidməti Çin Dövlət Poçt Operatorlarından Bəzi Bağlamaların Qəbulunu Dayandırdı

"Növbəti bildirişədək" məhdudiyyət qüvvədədir. ABŞ Poçt Xidməti (USPS) bəyan edib...

“Google” süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib

“Google” şirkəti süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə...

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən...
spot_img