Azərbaycanda nağdsız ödənişlərin həcmi 5 mlrd. manata yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 5 mlrd. manata yaxınlaşıb

Azərbaycanda bu il noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 355 min ədəd artaraq 16 milyon 565 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.9% artıb.

“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Ödəniş kartlarında artım debet kartları üzrə 23.2%, kredit kartları üzrə 21.2% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 381 min, digər kartlar isə 2.5 mln. ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. 2023-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4990 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4 mlrd. 43 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 939 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 55.2%-ni təşkil edib.

Bundan əlavə, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 2.3%, POS-terminalların sayı 7.5% artıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Papara-ya qanunsuz mərc əməliyyatı: 8 şirkət və çoxsaylı əmlaka həbs qoyuldu

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc araşdırması...

Şanxay yaxın üç ildə 50 min strimeri onlayn ticarətin inkişafı üçün təlimləndirəcək

Çində internet istifadəçilərinin 75%-i canlı yayım izləyir. Strimlər ölkədəki...

2025-ci ildə Türkiyədə Ən Populyar 9 Onlayn Ticarət Platforması

Türkiyənin elektron ticarət bazarı texnoloji inkişaflar və gənc, texnologiyaya...

Alibaba Group 100 Özbək şirkəti üçün ixrac akselerasiya proqramına start verib

Daşkənd, Özbəkistan (UzDaily.com) — Çin Xançjou şəhərində Özbəkistan Respublikasının...

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico, müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək...
spot_img