Azərbaycanda AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da dəyişiklik edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Dəyişikliklə, qaydaya AZQR kod (Azərbaycana mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod), statik AZQR kod (tərkibi aparılacaq ödəniş əməliyyatlarının məzmununa uyğun sabit məlumatlardan ibarət olan AZQR kod), dinamik AZQR kod (tərkibi aparılacaq hər bir ödəniş əməliyyatının məzmununa uyğun dəyişən məlumatlardan ibarət olan AZQR kod) və AZQR kod təchizatçısı (AZQR kod vasitəsilə ödəniş əməliyyatlarının icrası üçün AZQR kodu formalaşdıran və (və ya) ödəniş xidməti istifadəçisini AZQR kodun oxunması funksionallığı ilə təmin edən Azərbaycanda fəaliyyət göstərən təchizatçı) anlayışları əlavə edilib.

Azərbaycanda QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti təchizatçılarının tərtib etdiyi dinamik və statik AZQR kod AMB-nin İH-nin təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Tələblər qurumun internet səhifəsində yerləşdiriləcək. AZQR kod təchizatçısı AZQR kod vasitəsilə icra olunmuş ödəniş əməliyyatı üzrə vəsaitin tam və ya qismən geri qaytarılmasına imkan verən funksionallığı təmin etməlidir.

AZQR kod vasitəsilə milli valyutada aparılmış ölkədaxili əməliyyatlar üzrə ödəniş xidməti təchizatçıları arasında hesablaşmalar AÖS vasitəsilə həyata keçiriləcək.

Bundan başqa, fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi AMB-nin operatoru olduğu Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçiriləcək. Bu köçürmələr AÖS-dən fərqli ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər, bu şərtlə ki, həmin əməliyyatların AÖS vasitəsilə həyata keçirilməsi mümkün olmasın.

AZQR kod təchizatçısı isə ödəyicini AZQR kodun oxunması funksionallığı və xidmət göstərdiyi təsərrüfat subyektini bu Qaydanın tələblərinə uyğun QR kodla ödənişlərin qəbul edilməsi imkanı ilə təmin edir.

Həmçinin müvafiq qanunların tələblərini nəzərə alınmaqla təchizatçı ödəniş alətinin fiziki olaraq ödəniş xidməti istifadəçisinə çatdırılması zamanı üçüncü şəxslərin xidmətlərindən istifadə edə bilər.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Mənbə “Report” 

spot_imgspot_img

Oxşar xəbərlər

Bill Gates-in Breakthrough Energy fondu enerjinin gələcəyini formalaşdıracaq 21 startapa investisiya qoyub

Bill Gates-in Breakthrough Energy fondu enerji texnologiyaları üzrə fəaliyyət göstərən 21 startapa investisiya edib.

WB Bank müştəriləri VTB bankomatlarında komissiyasız pul çıxara biləcək

WB Bank və VTB komissiyasız pul çıxarma razılığı imzalayıb; müştərilər 20 min bankomatdan istifadə edə biləcək.

Binance 100 milyon dollarlıq USDC səhmi alıb, beşillik tərəfdaşlıq elan etdi

Binance USDC emitenti Circle-un səhmlərindən 100 milyon dollar alıb və beşillik təşviq razılığı imzalayıb.

Meta plastik təkrar emalı startupu MacroCycle ilə ilk fabrikini quracaq

Meta, plastik təkrar emalı startupu MacroCycle ilə müqavilə imzalayaraq şirkətin ilk kommersiya fabrikinin qurulmasına dəstək verəcək.

Rusiyada rəqəmsal rubl hesabından bankomatla nağd pul çıxarmağa icazə verilir

Rusiya rəqəmsal rubl hesablarından bankomatla nağd pul çıxarmağa icazə verir və 14 yaşdan hesab açmağa imkan yaradır.
spot_img