Azərbaycan süni intellekt sahəsinə aid dövlət standartları qəbul edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC TR 24028:2024 “İnformasiya texnologiyaları – Süni intellekt – Süni intellektin etimadı doğrultmasına dair icmal” və AZS ISO/IEC TR 24372:2024 “İnformasiya texnologiyaları – Süni intellekt (Sİ) – Sİ sistemləri üçün hesablama yanaşmalarının icmalı” dövlət standartları qəbul edilib.

Sözügedən dövlət standartları Sİ sistemlərinin etimadı doğrultma mövzularını, o cümlədən bu sistemlərin əsas hesablama xüsusiyyətlərini, onlarda istifadə olunan vacib alqoritmlər və yanaşmaları müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd Sİ sistemlərinin müxtəlif platformalar və sahələrdə düzgün işləməsi üçün ümumi qaydalar və təlimatların yaradılmasını, həmçinin qarşılıqlı şəkildə işləməsini təmin etməkdir.

Qeyd edək ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Tidal tamamilə süni intellektlə yaradılan milyonlarla mahnını silir

Tidal musiqi platforması tamamilə süni intellekt tərəfindən yaradılan mahnıları kataloqundan çıxarır. Süni intellekt dəstəyi ilə hazırlanan treklər isə qalacaq.

Çexiya Mərkəzi Bankı bitcoin alışının dəyərini açıqlamır

Çexiya Milli Bankı eksperiment qismində aldığı bitcoinin cari dəyərini açıqlamır. Sikkələr xarici saklamaçıda saxlanılır.

Derive kripto treyderlərinə Nvidia və neftə mərc etmək imkanı verir

Derive platforması kripto treyderlərinə Nvidia, Anthropic və neftə mərc etmək imkanı verən yeni opsionlar təqdim edib.

Mərkəzi Bank Epoint-in ödəniş xidmətləri lisenziyasını genişləndirib

Mərkəzi Bank Global İnnovations MMC-nin Epoint əmtəə nişanı altında ödəniş xidmətləri lisenziyasının əhatə dairəsini genişləndirib.

Anthropic səhmləri IPO qiymətindən aşağı düşdü: süni intellekt startupları üçün siqnal

Anthropic-in səhmləri ilk dəfə IPO qiymətindən aşağı enib. Bu hadisə süni intellekt startuplarının qiymətləndirilməsi üçün ciddi siqnal kimi qiymətləndirilir.
spot_img