Azərbaycan Eticarət Birliyi quruldu

13 Fevral 2014-cü il tarixində Azərbaycan E-ticarət ekosisteminin öndə gedən bir qrup Şirkət nümayəndələrinin iştirakı ilə ilk toplantı keçirilib. Bu görüşdə AEB təsisçisi Orxan Əhmədov toplaşanlara Azərbaycan Eticarət Birliyi haqqında məlumat vermiş və planlaşdırılan işlər haqqında ətraflı məlumat vermişdir. Bildirilir ki, AEB-nin əsas məqsədi Azərbaycan elektron ticarətinin inkişafı yönünüdə işlər görmək və bunun üçün maraqlı bütün tərəfləri cəlb etməkdir. Birlik ekosistem oyunçularını bir araya gətirmək, mütəmadi görüşlər və mitaplar keçirtmək, eticarət təlimləri hazırlamaq, konsultasiya və məsləhətlər vermək, sosial fəaliyyətlər təşkil etmək, üzvlər arası imtiyaz sisteminin qurulması, yerli və xarici dövlət və özəl qurumlarla əlaqəli işləmək, bu yöndə bütün növ fəaliyyətləri həyata keçirtmək niyyətindədir.

AEB artıq Türkiyənin Worldef və Gürcüstanın Elektron Ticarət Assosiasiyası ilə əməkdaşlıqlar etməyə başlayıb və ortaq fəaliyyətlərin aparılması üçün digər yerli və xarici qurumlar ilə də əməkdaşlıq əlaqələri qurmağa başlayıb.

Azərbaycan Eticarət Birliyinə 2 növ üzvlük nəzərdə tutulub və istənilən şəxs birliyin saytına daxil olaraq üzv olaraq qeydiyyatdan keçə bilər:

Sadə Üzvlük – paketi Eticarət ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Yəni, istənilən şəxs eticarət biliklərini artırmaq, əlaqələr qurmaq və bu sahədə inkişaf etmək istəyirsə, müraciət edərək birliyin üzvü ola bilər. Sadə üzvlük paketi şəxslər üçün nəzərdə tutulub və şirkət olaraq bu paketi əldə etmək mümkün deyil. 

Tam Üzvlük – eticarət və eticarət ekosistemində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulub. Aylıq görüşlərin keçirilməsi, xarici tədbirlərdə endirimli iştirak paketləri, təlim və konsultasiyalar, xəbər və sosial media dəstəyi, tədbirlərdə loqo, rollapın yerləşdirilməsi. Bu paket eticarət sahəsində rəsmi fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulsa da, üzvlüyün verdiyi imkanlardan yararlanmaq istəyən hər kəs bu paketi seçə bilər.

Üzvlükdən başqa AEB partnyorluq etmək istəyən şirkət və qurumları da əməkdaşlığa dəvət edir.

Partnyorluq – üzvlük paketi deyil və AEB-nin fəaliyyətində yaxından iştirak etmək, ona dəstək olmaq istəyən şirkət və qurumlarla əməkdaşlıq formatıdır. Partnyorluq çərçivəsində birliyin bir sıra fəaliyyətləri dəstəklənir. Partnyorluq çərçivəsində yerli şirkət və dövlət qurumları, eyni zamanda xarici şirkətlər ilə əməkdaşlıq nəzərdə tutulub.

Azərbaycan Eticarət Birliyinə; Eticarət, Fintech, Proqram təminatı, Logistika, Loyallıq sistemləri və bu sahənin inkişafında maraqlı olan bütün tərəflər qoşula bilər. Birliyin il görüşündə Portmanat, United Payment Azərbaycan, Cib Business, Epoint, Kargomat, Odero, Hepard, KenxelBonpara şirkətlərinin nümayəndələri iştirak edib. Təqdimatdan sonra, iştirakçılar arasında təkliflər mövzusunda müzakirələr aparlıb və növbəti görüş üçün plan hazırlanıb. Beləliklə bu tarixdə Azərbaycan Eticarət Birliyinin təməli qoyulmuş oldu…

spot_imgspot_img

Oxşar xəbərlər

New Mexico məhkəməsi süni intellektlə saxta tanıq yaradan avukata cərimə kəsdi

New Mexico Yüksek Məhkəməsi süni intellekt vasitəsilə saxta tanıq ifadələri hazırlayan avukat Stiven Aaronsa 5 min dollar cərimə tətbiq edib.

Microsoft süni intellekt üçün data mərkəzi kapasitəsini 2032-ci ilə qədər 38 gigavata çıxaracaq

Microsoft süni intellektə artan tələbi qarşılamaq üçün data mərkəzi kapasitəsini 2032-ci ilə qədər 38 gigavata çıxarmağı planlaşdırır.

BOKT-larda kreditlərlə bağlı yeni qayda: restrukturizasiyada əlavə ödəniş tələb olunmayacaq

Azərbaycan Mərkəzi Bankı BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı müştəridən əlavə ödəniş tələb olunmayacağını bildirib.

ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq Bitcoin ələ keçirdi

Sinqapur vətəndaşı Meloun Lam 245 milyon dollar dəyərində Bitcoin oğurlamaqda təqsirini etiraf edib. Bu, ABŞ tarixində fiziki şəxsdən kripto oğurlanması ilə bağlı ən böyük hadisədir.

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

AMB bank olmayan kredit təşkilatlarının biznes kreditləri verməsini təşviq edəcək. İstehlak kreditləri üzrə ehtiyat tələbləri isə daha sərt qalır.
spot_img