Azərbaycan ABŞ-ın aparıcı texnologiya şirkətləri ilə süni intellekt və rəqəmsal transformasiya sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan ABŞ-ın aparıcı texnologiya şirkətləri ilə süni intellekt, rəqəmsal idarəetmə və innovativ texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını genişləndirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. Müzakirələr nazirin ABŞ-yə səfəri çərçivəsində “Advanced Micro Devices” (AMD), “Meta”, “OpenAI”, “Nvidia” və “Apple” şirkətlərinin yüksək səviyyəli nümayəndələri ilə keçirilən görüşlərdə aparılıb.

Görüşlər zamanı Azərbaycanın süni intellekt sahəsində potensialının artırılması, suveren milli süni intellekt infrastrukturunun qurulması, yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası və ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi perspektivləri müzakirə olunub.

AMD ilə süni intellekt mərkəzlərinin yaradılması, birgə tədqiqat və təhsil təşəbbüsləri, uzunmüddətli strateji əməkdaşlıq və investisiya imkanları nəzərdən keçirilib. “Meta” ilə rəqəmsal idarəetmə, innovativ həllərin tətbiqi və regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

“OpenAI” ilə suveren süni intellekt infrastrukturunun formalaşdırılması, lokal tələblərə uyğun süni zəka həlləri, birgə innovasiya və tədqiqat təşəbbüsləri, eləcə də kadr hazırlığı məsələləri müzakirə edilib. “Nvidia” ilə isə suveren milli süni intellekt platformalarının qurulması, startapların inkişafı, süni intellekt üzrə insan kapitalının gücləndirilməsi və şirkətin texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər nəzərdən keçirilib.

Bununla yanaşı, “Apple” şirkəti ilə rəqəmsal transformasiya, innovasiya, təhsil və inkişaf proqramları, o cümlədən “Apple Developer Academy” kimi təşəbbüslər çərçivəsində Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Nazir Rəşad Nəbiyev qeyd edib ki, bu görüşlər Azərbaycanın qlobal texnologiya ekosisteminə inteqrasiyasını sürətləndirmək, süni intellekt və rəqəmsal innovasiyalar sahəsində dayanıqlı və suveren inkişaf modelini formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

spot_imgspot_img

Oxşar xəbərlər

ABŞ SEC kripto saklama üçün yol xəritəsini açıqlayır: şirkətlər blockchain texnologiyasına uyğunlaşır

ABŞ SEC kripto aktivlərin saxlanması üzrə yeni yol xəritəsini təqdim edib. Agentlik şirkətləri blockchain texnologiyasına uyğunlaşdırmağa çalışdığını bildirir.

Rusiya Mərkəzi Bankı rəqəmsal rublla bankomatlardan nağd çıxarışa icazə verməyi planlaşdırır

Rusiya Mərkəzi Bankı rəqəmsal rubl hesablarından bankomatlardan nağd pul çıxarışına icazə verməyi planlaşdırır. Hesabların 14 yaşından açılması təklif olunur.

Avropa Mərkəzi Bankları stablecoin gəlir qadağasını kripto kreditləşmə və staking-ə də yaymaq istəyir

Avropa Mərkəzi Bankları stablecoin gəlir qadağasını kripto kreditləşmə və staking xidmətlərinə də şamil etməyi təklif edir. Tənzimləyicilər dolayı gəlir strukturlarının bank depozitləri ilə rəqabəti təhrif etdiyini bildirir.

TechCrunch Disrupt 2026 sərgisində iştirak üçün son müraciət imkanı

TechCrunch Disrupt 2026 sərgi proqramı bir həftəlik yenidən açılıb; startaplar sentyabrın 30-dək müraciət edə bilər.

SpaceXAI kodlaşdırma üçün nəzərdə tutulan Grok 4.7 modelini təqdim etdi

SpaceXAI kodlaşdırma və uzunmüddətli tapşırıqlar üçün nəzərdə tutulan Grok 4.7 modelini təqdim edib.
spot_img