Aras Kargo “Starex Global” şirkətinin bütün paylarını aldı

Türkiyənin aparıcı və yenilikçi kargo şirkəti Aras Kargo, beynəlxalq daşımalar üzrə törəmə müəssisəsi Aras Global vasitəsilə Azərbaycanın tanınmış logistika şirkəti Starex Globalın (Starex) bütün paylarını alıb. Bununla da şirkətin adı Aras Global olaraq dəyişdirilib.

Aras Kargo 2023-cü ildə Starex Global-in 75 faiz payını əldə etməklə Azərbaycanda fəaliyyətə başlamışdı. Son alışla birlikdə şirkət Orta Asiya bazarındakı mövqeyini daha da gücləndirərək, Gürcüstan və Özbəkistanda həyata keçirdiyi əməliyyatlarla regional liderlik hədəfinə bir addım da yaxınlaşıb.

Orta Asiyada dayanıqlı genişlənmə strategiyası

Aras Kargo, beynəlxalq daşımalarını Aras Global brendi altında davam etdirir. Şirkət bu addımla Orta Asiya bazarındakı iştirakını davamlı və güclü bir quruluşa çevirməyi hədəfləyir. Türkiyədə tətbiq etdiyi müasir korporativ və texnoloji logistika sistemini Azərbaycanda da həyata keçirməyə hazırlaşan Aras Kargo, ölkədə logistika sektorunda əhəmiyyətli bir transformasiya başlatmaq niyyətindədir.

Bu təşəbbüs, xüsusilə Türkiyə mərkəzli e-ticarət şirkətlərinin Azərbaycan və ətraf bazarlara daha sürətli və birbaşa çıxışını asanlaşdırmaqla yanaşı, regional miqyasda güclü logistika infrastrukturunun formalaşmasına da zəmin yaradır.

“Starex Global” artıq “Aras Global” adı ilə fəaliyyət göstərəcək

Yeni qurumsal struktur çərçivəsində Starex Global bundan sonra Aras Global adı ilə fəaliyyətini davam etdirəcək. Şirkətin beynəlxalq idarə heyəti Avstriya, Türkiyə və Azərbaycan nümayəndələrindən ibarət olacaq.

Aras Kargo Beynəlxalq Əlaqələr və Biznesin İnkişafı Departamentinin rəhbəri, Aras Global İdarə Heyətinin üzvü Ramazan Altınay, əlavə olaraq Aras Global-ın baş direktoru vəzifəsinə təyin edilib.

Şirkət, Azərbaycandakı mövcud yerli idarəetmə komandasını qorumaqla, regional təcrübənin və əməliyyat davamlılığının saxlanmasını hədəfləyir. Yeni struktur çərçivəsində:

  • Azərbaycandakı fəaliyyət Starex Azərbaycan,
  • Gürcüstandakı filial Aras Gürcüstan,
  • Özbəkistandakı filial isə Aras Özbəkistan adı ilə fəaliyyət göstərəcək.

“Orta Asiya və Qafqaza açılan strateji logistika körpüsü qururuq”

Ramazan Altınay açıqlamasında bildirib ki, bu alış Aras Kargo-nun beynəlxalq böyümə strategiyasında mühüm mərhələdir:

“İki il əvvəl Starex-in 75 faiz payını alaraq başladığımız prosesi, bu gün bütün hissələri əldə etməklə tamamladıq. Bu strateji sərmayə sayəsində regiondakı mövqeyimizi gücləndirdik və 2030 hədəflərimizə doğru bir addım daha yaxınlaşdıq. Türkiyədən Orta Asiyaya, Orta Şərqdən Avropaya qədər uzanan geniş coğrafiyada kargo infrastrukturunu rəqabətli qiymətlər, yüksək sürət və güclü texnologiya ilə yenidən formalaşdırırıq. Artıq tam sahib olduğumuz Starex-in regional gücü ilə birlikdə Orta Asiya və Qafqaza açılan strateji bir logistika körpüsü qururuq,” – deyə Altınay qeyd edib.

O, əlavə edib ki, şirkət Gürcüstan və Özbəkistanda da kargo əməliyyatlarını başladıb və bölgə üzrə investisiyaları yerli tələblərə uyğun miqyasda genişləndirməyi planlaşdırır.

Azərbaycanda evə çatdırılma xidmətləri genişlənir

Hazırda Aras Kargo Naxçıvan da daxil olmaqla Azərbaycanın bütün şəhərlərində xidmət göstərir. Ramazan Altınayın sözlərinə görə, yeni filialların açılması ilə yanaşı, avtomobil parkının genişləndirilməsi istiqamətində də sərmayələr həyata keçirilir.

Altınay qeyd edib ki, Aras Kargo-nun Azərbaycanda fəaliyyətə başlamasından sonra evə çatdırılma vərdişlərində əhəmiyyətli dəyişiklik müşahidə olunur: “Əvvəllər göndərişlərin təxminən 95 faizi filiallardan təhvil alınırdı. Bu gün isə bu göstərici 50 faizə qədər azalıb. Qarşıdakı dövrdə evə çatdırılma xidmətimizi daha da təkmilləşdirərək müştəri təcrübəsini artırmağı hədəfləyirik.”

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI Lockdown Mode: Prompt Injection Qorunması

OpenAI, ChatGPT-ni prompt injection hücumlarından qorumaq üçün Lockdown Mode adlı yeni xüsusiyyəti istifadəyə verdi.

20 milyon dollarlıq ailə payını milyard dollarlıq kripto imperiyasına çevirən qabaqcıl

Kripto qabaqcılı Ceyms Vuo 20 milyon dollarlıq ailə sərvətini 1 milyard dollarlıq kripto imperiyasına çevirdi.

İnvestorlar Bitcoin düşərkən Hyperliquid ETF-lərinə axın edir

Investorlar Bitcoin-in düşüşü zamanı Hyperliquid ETF-lərinə böyük maraq göstərir.

Sriram Krishnan Ağ Evin süni intellekt müşaviri vəzifəsindən ayrılır

Ağ Evin süni intellekt müşaviri Sriram Krishnan vəzifəsindən ayrılır və yeni təşkilat qurmağı planlaşdırır.

Bitcoin və Ether FTX çöküşündən bəri ən pis həftəlik enişi yaşayır

Bitcoin və ether FTX çöküşündən sonra ən pis həftəlik enişi yaşayır, 390 milyard dollar silinib.
spot_img