APAR; Bakıda İlk Velosiped Kirayəsi Xidməti Fəaliyyətə Başlayıb

Bu gündən etibarən Bakıda ilk “bike-sharing” (velosiped kirayəsi) xidməti istifadəyə verilib. Şəhər daxilində mikromobillik vasitələrinin parklanması üçün 50-yə yaxın məntəqədə xüsusi konstruksiyalar quraşdırılıb. Velosipedlərin kirayə qaydası barədə məlumat lövhələri də həmin məntəqələrdə yerləşdirilib. Bu lövhələrdə QR-kodlar vasitəsilə proqram təminatına keçid edərək velosipedlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi mümkün olacaq. Eyni zamanda, tətbiq vasitəsilə ən yaxın parklanma yerlərini də görmək mümkündür.

Bakı şəhərində velosiped istifadəsi üçün yaradılmış infrastruktur daha təmiz şəhər mühitinə və sağlam cəmiyyətin formalaşmasına töhfə verəcək. Bu məqsədlə AYNA tərəfindən şəhərdə ilk mərhələdə 10 km-dən artıq davamlı mikromobillik zolağı təşkil edilib. Həmçinin, müvafiq nişanlanma işləri aparılıb, yol nişanları quraşdırılıb, panduslar inşa olunub və təhlükəsizlik sədləri quraşdırılıb. İşıqfor dirəklərində velosiped bölmələrinin quraşdırılması işləri isə davam etdirilir. Yaradılan mikromobillik infrastrukturu və qanunvericiliyin təkmilləşdirilməsi, velosiped və skuterlərin geniş istifadəsinə şərait yaradır.

5R1Q5 PROMO Kodundan istifadə edərək, PULSUZ gediş qazan!

Qlobal statistikalara əsasən, velosipedi nəqliyyat növü halına gətirmiş şəhərlərdə yol-nəqliyyat hadisələrinin sayı 24-30% arasında azalır. Bu yeni xidmətin Bakıda da yol təhlükəsizliyinin artırılmasına və ətraf mühitin qorunmasına mühüm təsir göstərəcəyi gözlənilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img