AMB xüsusi tənzimləmə rejimini təqdim etdi

May ayının 1-dən başlayaraq 31-nə qədər Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətləri qəbul edəcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Fərid Osmanov yeni rejimin təqdimat mərasimində bildirib.

“Requlyator baxışı maliyyə bazarlarında tənzimləyici olmaqla yanaşı maliyyə sisteminə innovasiyaların gətirilməsi və nəticədə maliyyə inkulizivliyinin genişləndirilməsi, artırılması, daha çox maliyyə xidmətlərinin rəqəmsal kanallar vasitəsilə əhatə dairəsinə artırılması, risk qiymətləndirilməsinin aparılması, risk qiymətləndirilməsinin aparılması və yekun nəticədə maliyyə sabitliyinin qorunaraq bərqərar olması məsələləri bizim ən aktual məsələlərimizdəndir.” deyə o bildirib.

AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar şöbəsinin rəisi Sahib Həsənov isə xüsusi tənzimləmə rejiminə təqdim ediləcək innovativ məhsullar, onların meyarları, seçim prosesi və istiqaməti barəsində məlumat verib. 

Mərkəzi Bank tərəfindən yaradılan xüsusi tənzimləmə rejimi maliyyə institutları və FinTech təşkilatlarının innovativ maliyyə xidmətlərinin müəyyən edilmiş müddət və nəzarəti altında real müştərilərlə sınaqdan keçirilməsinə, xidmətin bazarda tətbiqi müddətinin daha da sürətləndirilməsinə, onun rəqabətə davamlılığının artırılmasına və bir sıra maneələrin aradan qaldırılmasına imkan yaradır.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img