AMB tərəfindən Maliyyə məhsulları üçün SANDBOX rejimi işə düşür

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 yanvar 2024-cü il tarixli 06/4 nömrəli Qərarı ilə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” (Qayda) təsdiq edilmiş və 14 fevral 2024-cü il tarixindən qüvvəyə minmişdir.

wecom.az Mərkəzi banka istinadən xəbər verir ki, xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında hüquqi şəxslər tərəfindən innovativ xidmət və məhsulların məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların sayı ilə bağlı və ya digər məhdudiyyətlər) və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur.

Qaydada xüsusi tənzimləmə rejiminində iştirak üçün müraciət edən hüquqi şəxslərə, habelə sınaqdan keçiriləcək məhsula dair tələblər, xüsusi tənzimləmə rejimində iştirak etmək hüququna xitam verən hallar, rejim iştirakçılarına qüvvədə olan maliyyə bazarlarını tənzimləyən qanunvericiliyin tətbiq edilməsi şərtləri və proseduru, rejim iştirakçılarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi və rejimin tətbiq edilə bildiyi maksimum müddət Mərkəzi Bank tərəfindən müəyyən olunmuşdur.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərin qəbulu dövrü Mərkəzi Bank tərəfindən 1 ay əvvəl Mərkəzi Bankın rəsmi internet səhifəsində elan ediləcəkdir.

Qəbul olunmuş Qayda ölkəmizin maliyyə bazarlarında xüsusi tənzimləmə rejimində innovativ xidmət və məhsulların təqdim edilməsinə, bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılmasına, həmçinin maliyyə xidmətlərinin istifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının daha da yüksəldilməsinə xidmət edəcəkdir.

Yeni tələblər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar: https://e-qanun.az/framework/56351

spot_imgspot_img

Oxşar xəbərlər

Tramp Rusiya və Ukraynaya 200% rüsum tətbiq etməyi mümkün sayır

Donald Tramp Rusiya və Ukraynaya 200%-ə qədər rüsumların tətbiq edilə biləcəyini bildirib; bazarlar və bank sektoru gərginliyi izləyir.

Mesajlaşma tətbiqlərində işləyən ən yaxşı süni intellekt agentləri

TechCrunch messencerlərdə işləyən ən diqqətçəkən süni intellekt agentlərini siyahıya alıb — ümumi köməkçilərdən ixtisaslaşmış həllərə qədər.

Rusiya döyüş təyyarələrinin dizaynında süni intellektdən istifadəyə hazırlaşır

Rusiya Birləşmiş Təyyarə Şirkəti yeni təyyarələrin dizaynında Sberbank-ın GigaChat modeli də daxil olmaqla süni intellekt alətlərindən istifadə etməyi planlaşdırır.

ABŞ raket istehsal gücünü 4 dəfə artırır

RTX şirkəti ABŞ Müdafiə Nazirliyi ilə bağladığı müqavilələr çərçivəsində dörd raket sisteminin istehsalını 2-4 dəfə artırmağı planlaşdırır.

Mastercard araşdırması: ödəniş mübahisələrinin azaldılması üçün əməkdaşlıq vacibdir

Mastercard tərəfindən maliyyələşdirilən yeni araşdırma geri qaytarmaların azaldılması üçün daha sıx əməkdaşlığın zəruriliyini ortaya qoyur.
spot_img