Amazon Türkiyədə satış edən KOBİ-lərlə bağlı məlumatları paylaşıb

2022-ci ildə təxminən 100 milyon dollarlıq sərmayə ilə Tuzlada logistika mərkəzini açan Amazon, Türkiyədəki KOBİ-lərlə bağlı məlumatlarını bölüşüb.

Türkiyədəki KOBİ-lərin sayı əvvəlki ilə nisbətən %10-dan çox artaraq 50 minin üzərinə çıxıb

Buna görə 2023-cü ildə Amazon-da satış edən Türkiyədəki KOBİ-lərin sayı əvvəlki ilə nisbətən %10-dan çox artaraq 50 minin üzərinə çıxıb, satdıqları məhsul sayı isə %35-dən çox artaraq 30 milyonu keçib. Bu da Türkiyədəki KOBİ-lərin Amazon üzərindən dəqiqədə 60 məhsul satdığı anlamına gəlir.

2023-cü ildə Amazon üzərindən ixracat edən KOBİ-lərin sayı da 2022-ci ilə nisbətən %65-dən çox artaraq 35 minin üzərinə çıxıb. Amazon üzərindən edilən ixracatın miqdarı isə 2023-cü ildə 21 milyard TL-ni keçib.

Amazon vasitəsilə ən çox ixracat edilən ölkə ABŞdır.

KOBİ-lərin Amazon vasitəsilə ən çox ixracat etdikləri ilk beş ölkə isə ardıcıl olaraq ABŞ, Kanada, Meksika, Birləşmiş Krallıq və Almaniya olub. Amazon vasitəsilə xaricə ixrac edilən məhsullar arasında geniş çeşidlər olmasına baxmayaraq, ən çox ön plana çıxan məhsullar ev, gözəllik, idman və mətbəx kateqoriyalarındakı məhsullar olub.

Amazon-da satış edən Türkiyədəki KOBİ-lər, yeni məşğulluq imkanları da yaradır. 2023-cü ildə Amazon-da yer alan Türkiyədəki KOBİ-lər, işlərini dəstəkləmək üçün 50 mindən çox insana məşğulluq təmin edib.

Amazon Logistika xidmətini istifadə edən Türkiyədəki KOBİ-lərin sayı 15 mindən çoxdur

2023-cü ildə Amazon Logistika xidmətini istifadə edən Türkiyədəki KOBİ-lərin sayı 15 minin üzərinə çıxıb. Amazon Logistika xidməti ilə KOBİ-lər məhsullarını Amazon-un müqaviləli logistika mərkəzlərində saxlayır, məhsulların hazırlanması və göndərilməsi prosesini isə Amazon idarə edir və bu sifarişlər üçün fəaliyyət göstərdikləri bazarların yerli dillərində müştəri xidməti təmin edir.

Amazon, KOBİ-lərə işlərini böyütmələri üçün Amazon Logistika, Prime etiketi, Amazon Marka QeydiyyatıFikri Mülkiyyət Sürətləndiricisi (IP Accelerator) kimi xidmətlər təqdim edir.

Mənbə; Webrazzi.com

spot_imgspot_img

Oxşar xəbərlər

Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi...

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...
spot_img