Amazon Böyük Britaniyada mikromobil mərkəzləri qurur

Amazon, Böyük Britaniyadakı müştərilərə çatdırılmanı daha efekktiv etmək üçün “mikromobillik mərkəzlərindən” istifadə etməyə başlayıb. Şirkət çatdırılma şəbəkəsini addım-addım yeniləyərək, Şimali İrlandiyada ilk mikromobillik mərkəzi açıb.

Mikromobillik mərkəzləri şəhər yerlərində çeşidləmə mərkəzləridir. Amazon ənənəvi çatdırılma vasitələrindən və onların karbon izlərindən asılılığı azaltmaq üçün böyük şəhərlərdə belə mərkəzlər şəbəkəsini qurur.

Paketlər bu mərkəzlərə Amazonun daha böyük anbar mərkəzlərindən gətirilir. Buradan müştəriyə son mil çatdırılması elektrik yük velosipedləri və ya piyada ilə həyata keçirilir.

Amazon bildirilib ki, “milyonlarla Amazon paketi” London, Mançester, Qlazqo və ən son Belfastdakı mikromobillik mərkəzlərindən davamlı şəkildə çatdırılıb. Amazon-a görə, mərkəzlər havanın keyfiyyətini yaxşılaşdırmağa və şəhər yollarında tıxacları azaltmağa kömək edir.

Amazon yüzlərlə böyük şirkət tərəfindən imzalanan İqlim Öhdəliyi ilə 2040-cı ilə qədər xalis sıfır karbon emissiyasına nail olmağı hədəfləyir. Bu, Paris İqlim Sazişində nəzərdə tutulan hədəfdən 10 il qabaqdır. Bu məqsədə çatmaq üçün e-ticarət nəhəngi fəaliyyətinin müxtəlif aspektlərini daha davamlı edir.

Amazonun davamlılıq təşəbbüslərinə mikro mobillik mərkəzlərində olduğu kimi son mil, eləcə də “orta mil” və “ilk mil” adlanan logistika prosesində əvvəlki addımlar daxildir. Misal üçün; Amazon Avropadakı nəqliyyat şəbəkəsini karbondan təmizləmək üçün yollardan qatarlara və qayıqlara keçir.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img