AirPods 4, qarşıdakı aylarda iki fərqli versiyada təqdim olunacaq

Mark Gurmanın fikrincə, Apple önümüzdəki ay AirPods 4-ün iki yeni versiyasını bazara çıxarmağı planlaşdırır. Bu çərçivədə həm AirPods 2, həm də AirPods 3-ün yerini alacaq olan giriş səviyyəli model və orta səviyyəli modelin təqdim olunacağı gözlənilir.

AirPods 2, 2019-cu ilin əvvəlindən bəri satışdadır və cihaz giriş səviyyəli seçim kimi təqdim olunur. AirPods 2 hələ də ənənəvi AirPods dizaynını istifadə edir. Bu da cihazı simsiz qulaqlıqlar dünyasına yeni başlayanlar üçün münasib qiymətli bir seçim halına gətirir.

AirPods 3 isə 2021-ci ilin oktyabr ayından bəri bazardadır və Spatial Audio, yeni qüvvə sensoru, qutuda Apple Watch şarjı və ümumi səs təkmilləşdirmələri daxil olmaqla bir sıra yeniliklər əldə edib. Gurmanın fikrincə, AirPods 4 həm AirPods 2-nin yerini alacaq giriş səviyyəli model, həm də AirPods 3-ün yerini alacaq orta səviyyəli model olaraq iki fərqli versiyada təqdim olunacaq. Hər iki model də oxşar dizaynlara sahib olacaq.

Bunlarla yanaşı, AirPods 4-də aktiv səs-küyün ləğv edilməsi xüsusiyyəti də olacaq. Gurman, AirPods 4-ün orta səviyyəli versiyasının aktiv səs-küyün ləğv edilməsi funksiyasına sahib olacağını, giriş səviyyəli AirPods-da isə bu funksiyanın olmayacağını qeyd edir. Mark Gurman həmçinin, orta səviyyəli AirPods 4-ün gələcəkdə yenilənməyəcəyini söylədiyi AirPods Pro 3 ilə qarışdırılmamalı olduğunu əlavə edir.

AirPods 4-ün hər iki versiyasının da böyük ehtimalla USB-C dəstəyinə malik olacağı gözlənilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img