Aİ 56 milyon dollar məbləğində açıq mənbəli böyük dil modeli layihəsinə investisiya yatırır — Forbes

Forbes-in məlumatına görə, layihədə Aİ şirkətləri və universitetləri iştirak edəcək və iş üçün İspaniyanın Mare Nostrum və İtaliyanın Leonardo superkompüterlərindən istifadə olunacaq.
Məqsəd — Aİ dəyərlərinə uyğun bir model hazırlamaqdır ki, onu Avropa şirkətləri və hökumətləri rahat şəkildə istifadə edə bilsin. Forbes bunu Aİ-nin Çinin DeepSeek şirkətinin uğurları fonunda süni intellekt yarışına qayıtmaq cəhdi kimi qiymətləndirir.

Bu layihəyə ayrılan büdcə OpenAI (CNBC-nin məlumatına görə SoftBank-dan 25 milyard dollara qədər investisiya cəlb edə bilər) və ya Avropanın Mistral şirkətinin (2024-cü ildə 640 milyon dollar investisiya cəlb edib) aldığı vəsaitlə müqayisədə çox kiçikdir.
Lakin Forbes qeyd edir ki, Aİ-nin bu layihəyə ayırdığı dövlət dəstəyi, DeepSeek-in R1 modelini təlimləndirmək üçün xərclədiyi məbləğdən 10 dəfə çoxdur.

Aİ-nin öz böyük dil modelini (LLM) yaratmaq istəməsinin digər səbəbi Süni İntellekt Qanunu (AI Act) ilə bağlıdır. Bu qanunla bağlı yaranan hüquqi risklərə görə Meta, OpenAI və digər ABŞ texnologiya şirkətləri Avropada yeni İİ alətlərini istifadəyə verməkdə ləngiyib və ya prosesi tam dayandırıb.
Meta-nın təsisçisi Mark ZukerberqSpotify-ın həmtəsisçisi Daniel Ek 2024-cü ildə xəbərdarlıq ediblər ki, “ardıcıl olmayan və mürəkkəb tənzimləmə” Avropanın süni intellekt sahəsində daha da geridə qalmasına səbəb ola bilər.

Forbes-in məlumatına görə, Aİ-nin bu layihəsi 2008-ci ildə Fransanın Google-a alternativ yaratmaq üçün uğursuz cəhdinə bənzəyir. Həmin layihəyə 550 milyon dollar sərmayə yatırılmışdı, lakin nəticə uğursuz olmuşdu.

Aİ-də Süni İntellekt Qanunu qüvvəyə minib

2 fevral 2024-cü ildə Avropa İttifaqında Süni İntellekt Qanunu qüvvəyə minib. Qanun cəmiyyət üçün “qəbuledilməz risk” daşıyan süni intellekt sistemlərini qadağan edir.
Bunlara aşağıdakı texnologiyalar daxildir:

  • Sosial reytinq sistemləri
  • İş və ya təhsil müəssisələrində insanların emosiyalarını analiz edən İİ alətləri
  • İctimai yerlərdə real vaxt rejimində biometrik məlumatların toplanması

Bu qaydaları pozan şirkətlərə 35 milyon avroya qədər və ya illik dövriyyəsinin 7%-i həcmində cərimə tətbiq oluna bilər.

spot_imgspot_img

Oxşar xəbərlər

Mərkəzi Bank “KorpON” şirkətini “PAŞA Bank” ödəniş agenti kimi təsdiqlədi

Azərbaycan Mərkəzi Bankı “KorpON” MMC-ni “PAŞA Bank” ASC-nin rəsmi...

“Trendyol Azərbaycan”ın nizamnamə kapitalı 93 milyon manata qaldırıldı – kəskin artım

“Trendyol Azərbaycan” MMC-nin nizamnamə kapitalı kəskin artımla 93 milyon...

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib.

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan...

“Birmarket” – “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır

nlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə...

Amazon-dan Çin Marketplace-lərinə Güclü Cavab: “20 Dollar və Aşağı” Ucuz Məhsullar Kateqoriyası

Amazon ABŞ-da ucuz onlayn alış-veriş üçün yeni alternativ yaradır Dünyanın...
spot_img