ABŞ Prezidenti Donald Trampdan yeni kripto fərmanı


ABŞ Prezidenti Donald Tramp administrasiyasını “rəqəmsal aktiv ehtiyatı” yaratmağa istiqamətləndirən fərman imzaladı.

ABŞ Prezidenti Donald Tramp, administrasiyasını “rəqəmsal aktiv ehtiyatı” yaratmağa yönəldən fərman imzaladı. Kripto sahəsində böyük maraqla gözlənilən bu fərman, sektorun ABŞ-da daha möhkəm bir əsas üzərində inkişaf etməsi üçün dost yanaşmalar formalaşdırmağı təşviq edə bilər.

ABŞ-da rəqəmsal aktivlər sektoru, illərdir federal səlahiyyətlilərlə məhkəmə mübarizəsi aparır. Prezident Trampın fərmanı isə rəqəmsal aktivlərin ABŞ-da Ağ Ev tərəfindən müəyyən edilən daha əlverişli bir çərçivə daxilində inkişafını təmin edə bilər. Bu mənada Donald Trampın ilk addımı atması diqqətəlayiqdir.

Fərmanın ABŞ-da proqram təminatı inkişaf etdirənləri, kripto madənçiləri və ya doğrulayıcıları, eləcə də “qanuni məqsədlər üçün” əməliyyat aparan şəxsləri təzyiqdən qoruyacağı gözlənilir. Fərman çərçivəsində kripto ilə əlaqədar bir işçi qrupu yaradılıb. Bu işçi qrupu, Trampın kripto və süni intellekt üzrə məsul şəxsi kimi tanınan investor David Sacks-in rəhbərliyi altında fəaliyyət göstərəcək. Qrupda müxtəlif Kabinet nümayəndələri, Qiymətli Kağızlar və Birja Komissiyası, Əmtəə Fyuçers Ticarət Komissiyası rəhbərləri və digər Ağ Ev rəsmiləri iştirak edir.

Fərman, birbaşa olaraq strateji bitcoin ehtiyatı yaratmır. Lakin işçi qrupunu “milli rəqəmsal aktiv ehtiyatının yaradılması və idarə olunmasını potensial olaraq dəyərləndirməyə” istiqamətləndirir. İşçi qrupunun 30 gün ərzində hazırkı kripto ilə əlaqəli bütün tənzimləmələri müəyyənləşdirməsi, 60 gün ərzində bu tənzimləmələrin dəyişdirilməsi və ya ləğvini təklif etməsi, 180 gün ərzində isə yeni təkliflər ilə bir hesabat təqdim etməsi tələb olunur.

Donald Trampın fərmanı, həmçinin ABŞ-ın Mərkəzi Bankı rəqəmsal valyutası üzərində iş aparılmasını qadağan edir. Bu çərçivədə Tramp administrasiyasının nəzarətində olan qurumlara ABŞ-ın yurisdiksiyası daxilində və ya xaricdə Mərkəzi Bank rəqəmsal valyutalarını yaratmaq, buraxmaq və ya təşviq etmək qadağan olunub.

Həmçinin, fərmanın sabiq Prezident Co Baydenin 2022-ci ildə kripto ilə bağlı imzaladığı fərmanı ləğv etdiyini də qeyd etmək lazımdır. Bu fərmanla yanaşı, Xəzinə Nazirliyinə də həmin fərmandan qaynaqlanan rəqəmsal aktiv çərçivəsini ləğv etməyə göstəriş verilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img