“Azərpoçt” “Visa B2B Connect” ödəniş platformasına qoşulub

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC biznes subyektləri üçün iri məbləğli transsərhəd ödənişləri asanlaşdırmaq məqsədilə rəsmi olaraq “Visa B2B Connect” platformasına qoşulub.

“Visa B2B Connect” platformasına inteqrasiya olunmaqla “Azərpoçt” biznes müştərilərinə sürətli, təhlükəsiz və şəffaf şəkildə beynəlxalq ödənişləri birbaşa həyata keçirmək imkanı təqdim edir. Bu addım Azərbaycanda maliyyə xidmətlərinin müasirləşdirilməsinə mühüm töhfə verir. “Visa B2B Connect” platforması şifrləmə, autentifikasiya və unikal rəqəmsal identifikasiya mexanizmi də daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə edir. Bu xüsusiyyətlər dələduzluq risklərini azaldır və yalnız yoxlanılmış istifadəçilərin şəbəkəyə daxil olmasını təmin edir. Bu da hər bir əməliyyatın təhlükəsizliyini, etibarlılığını və şəffaflığını artırır.

Platformanın əsas üstünlükləri:
• Ödənişlərin eyni gün və ya növbəti iş günü ərzində çatdırılması;
• Vəsaitlərin benefisiar banka kəsintisiz ötürülməsi;
• Valyuta konversiyası və komissiyaların əməliyyata qədər tam aydın görünməsi;
• Ödəniş statusunun real vaxt rejimində izlənməsi;
• Avtomatlaşdırılmış proseslər hesabına əməliyyat xətalarının və vaxt itkisinin azaldılması;
• İş proseslərinin optimallaşdırılması və idarəetmə səmərəliliyinin artırılması;
• Geniş analitik və hesabat alətləri ilə qərarvermə prosesinin dəstəklənməsi.

Bununla da “Visa B2B Connect” platforması biznes sahibləri üçün əməliyyatları sadələşdirir, insan səhvlərini minimuma endirir və daha ağıllı qərarların qəbulu üçün analitika və hesabat alətlərindən istifadəni mümkün edir.

Eyni zamanda “Azərpoçt” müştərilərinə qlobal bazarda daha səmərəli fəaliyyət göstərməyə kömək etmək öhdəliyini davam etdirir və rəqəmsal imkanlarını genişləndirərək hüquqi şəxslər və fərdi sahibkarlara İnternet bankçılıq xidməti vasitəsilə köçürmələr aparmaq, əməliyyatları izləmək və maliyyə sənədlərinə bank şöbəsinə müraciət etmədən çıxış əldə etmək imkanı yaradır.

spot_imgspot_img

Oxşar xəbərlər

Harmony layer-1 şəbəkəsini bağlamağı və ONE tokenini Ethereum-a köçürməyi təklif edir

Harmony layer-1 şəbəkəsini dayandırmağı və ONE tokenini Ethereum-a köçürməyi təklif edir. Bu, istismar hadisəsindən sonra baş verir.

Marketpleyslərdə qiymətlər aşağı düşüb

Rusiyanın Marketpleys Assosiasiyası onlayn platformalarda qiymətlərin azaldığını bildirib, lakin oflayn sektorda logistika xərcləri artır.

Pişik memecoin Zcash sahiblərinə 2,8 milyon dollar ödəyib

ZCAT tokeni hər transferdə 3% vergi tutaraq ZEC sahiblərinə paylayır. ZEC qiyməti 1200 dolları keçdiyi üçün ödənişlər əhəmiyyətlidir.

Rusiyada ‘M.video’ 17,5 milyard rubl cəlb edib

Rusiyanın elektronika pərakəndə satış şəbəkəsi M.video 17,5 milyard rubl cəlb edərək marketplace inkişafına yönəldəcək.

Onlayn ticarət regionlara doğru yerdəyişir

Rusiyada onlayn ticarət fəaliyyəti regionlara doğru yerdəyişir. Moskva və Moskva vilayətinin marketplace dövriyyəsindəki payı əhəmiyyətli dərəcədə azalıb.
spot_img