ABŞ-da TikTok Amazona rəqib olur

Son illərdə Çin şirkətlərinin ABŞ e-ticarət bazarında effektivliyi artmağa başlayıb. Çin şirkətlərinə məxsus TemuShein e-ticarət nəhəngi Amazondan pay almağa başladılar. Yarışa TikTok da iştirak edəcəyini bildirilib.

TikTok sosial media platformasının ABŞ-da Amazona rəqib olmağa hazırlaşdığı bildirilir. Bildirilib ki, platforma bu il ABŞ-dakı elektron ticarət əməliyyatlarını 10 dəfə genişləndirərək 17,5 milyard dollara çatdırmağı hədəfləyib. Şirkət noyabr ayında keçirdiyi endirim kampaniyalarında 5 milyondan çox ABŞ müştərisi tərəfindən istifadə edildiyini açıqlayıb. TikTok Shop-un 2024-cü il hədəfləri daxili toplantılarda müzakirə edilib.

ABŞ son illərdə TikTok ilə bağlı narahatlığını ifadə edib. 2023-cü ilin mart ayında sosial media platformasının aldadıcı üsullardan istifadə etdiyini əsas gətirərək məhkəməyə müraciət edib. Ağ Ev federal qurumlara Çin mərkəzli TikTok tətbiqini cihazlardan silməyi tapşırdı. Cənubi Dakota ştatı hökumət işçilərinə rəsmi qurumlara məxsus cihazlardan TikTok-a daxil olmağı qadağan edib. TikTok-un baş direktoru Shou Zi Chew Konqresdə Çin hökumətinin agenti olduğu ittihamı ilə ifadə verib. ABŞ Çin və Çin şirkətlərinə bir çox ticarət və texnologiya qadağaları qoyub.

spot_imgspot_img

Oxşar xəbərlər

Amazon-dan Çin Marketplace-lərinə Güclü Cavab: “20 Dollar və Aşağı” Ucuz Məhsullar Kateqoriyası

Amazon ABŞ-da ucuz onlayn alış-veriş üçün yeni alternativ yaradır Dünyanın...

Azərbaycanlı gəncdən Amerikada süni intellekt əsaslı hədiyyə platforması

Süni intellekt texnologiyası ilə dəstəklənən və istifadəçilərə ideal hədiyyə...

Umico Artıq BirMarket Oldu

Azərbaycanda tanınmış loyallıq proqramı və marketplace platforması olan Umico,...
spot_img
Farid Maharramli
Farid Maharramli
E-ticarət üzrə girişimci, məzmun yaradıcısı və araşdırmaçısı