Clopos 🇹🇷 Türkiyə bazarında fəaliyyətə başlayıb

Restoranlar üçün bulud Pos və Menyu sistemi olan Clopos Türkiyədə fəaliyyətə başlayıb.

Bu barədə Clopos şirkətinin həmtəsisçisi Murad Həsənov sosial media hesablarında paylaşıb.

Clopos qısa müddətdə Yemeksepeti, Trendyol Yemek və Getir Yemek kimi tanınmış qida çatdırılma platformaları ilə inteqrasiya etməklə, Türkiyə bazarına uyğunlaşdırılıb. POS ödənişləri və e-hökumət xidmətləri üçün Ingenico və iKasa məhsullarını birləşdirmək məqsədilə Worldline Türkiye ilə inteqrasiya edilib və problemsiz əməliyyat təcrübəsi təmin olunub.

Clopos Türkiyənin smart menyu həllərinin təminatçısı olan Pardon ilə stratejik əməkdaşlığa başlayıb. Şirkət Türkiyə bazarına girişi ilk olaraq İzmir şəhərindən başlayıb və bir neçə restoranla inteqrasiya edib

Qeyd edək ki, Clopos restoran biznesləri üçün aparıcı yeni nəsil bulud əsaslı POS həllidir. Clopos restoran və kafelərə əlavə olaraq QR Menyu, Elektron kassa, Yemək çatdırılma aqreqatorları, Mətbəx sistemi və CloposPay həllərini təqdim edir. Şirkət hazırda Azərbaycan, Gürcüstan, BƏƏ və Özbəkistan bazarlarından olan müştərilərinə xidmət verir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img