LeoBank yeni Prime Kartını test edir

LeoBank öz mobil tətbiqi vasitəslə bəzi aktiv və sadiq müştərilərinə yeni Prime kartını test etməyə dəvət edib. LeoBankdan verilən məlumata əsasən, Leo Prime kartı, Visa Signature kateqoriyasına aiddir.

Tezliklə Leobank yeni premium kartını təqdim edəcək, hazırda isə bu kartın virtual versiyasını seçilmiş müştərilərə təqdim edirlər; – “Aktiv və sadiq Leo müştərisi kimi Leo Prime kartının bütün xüsusiyytlərinibirinci sınamağa dəvət edirik.”

Leo Prime kartının üstünlükləri:

  • Leo Prime ilə müştərilər Visa-dan xüsusi dəstək və konsyerj xidməti əldə edəcək.
  • Restoran masaları rezerv etmək daxil olmaqla istənilən sorğuları həll etməyə kömək edəcək.
  • Hava limanlarında VIP zallara giriş, növbəsiz təhlükəsizlik yoxlaması və rahat qeydiyyat.
  • Lounge Key proqramı vasitəsilə dünyanın 1300-dən çox biznes zallarına giriş.
  • Fast Line xidməti sayəsində hava limanında rəsmiyyətlərin sürətli keçid

Eləcə də Leo tətbiqində yeni xüsusiyyətlər:

  • Bütün alış-verişlərdən 1% keşbek və ya aylıq 2 kateqoriyalı keşbek seçimi;
  • Şəxsi vəsaitlərin balansında 7% artan depozit xüsusiyyəti;
  • Şəxsi vəsaitlərin ölkə daxilində digər bankların kartlarına komissiyasız köçürülməsi üçün ayda 5000 manata qədər artırılmış limit.
  • Fərdiləşdirilə bilən əsas ekran: öz şəklinizi təyin edə bilərsiniz.
  • Tətbiq nişanı seçimi.
  • Avatar üçün emoji – Leo müştəriləri arasında fərqlənin.
  • Google Pay və Apple Pay-də kartınız üçün eksklüziv VIP dizaynlar.
  • Tətbiqdə əlavə mükafatlar.

Leo Prime kartı üzrə tariflər:

  • Kartın dəyəri 50 m
  • Kart üzrə xidmət haqqı 10 aylıq.
  • Kartda orta hesabla 3000 manatdan çox vəsaitsaxlanılırsa, xidmət haqqı tutulmayacaq.

Kart sifarişini indidən etmək təklif olunsa da, Kartların çatdırılmasına 1-2 ay ərzində başlanılacağı bildirilir. Müştərilərdən Kart gələnədək isə heç bir ödəniş tutulmayacaq və sifariş rəsmiləşdirilmədən öncə bildiriş göndəriləcək, istənilərsə imtina etmək olacaq.

Qeyd; Kart şəkli rəsmi deyil…

spot_imgspot_img

Oxşar xəbərlər

Papara-ya qanunsuz mərc əməliyyatı: 8 şirkət və çoxsaylı əmlaka həbs qoyuldu

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc araşdırması...

Şanxay yaxın üç ildə 50 min strimeri onlayn ticarətin inkişafı üçün təlimləndirəcək

Çində internet istifadəçilərinin 75%-i canlı yayım izləyir. Strimlər ölkədəki...

2025-ci ildə Türkiyədə Ən Populyar 9 Onlayn Ticarət Platforması

Türkiyənin elektron ticarət bazarı texnoloji inkişaflar və gənc, texnologiyaya...

Alibaba Group 100 Özbək şirkəti üçün ixrac akselerasiya proqramına start verib

Daşkənd, Özbəkistan (UzDaily.com) — Çin Xançjou şəhərində Özbəkistan Respublikasının...

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico, müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək...
spot_img