Pentaqon Anthropic-ə tam nəzarət edəcək

ABŞ Müdafiə Nazirliyi – Pentaqon Anthropic şirkətindən onun süni intellekt modelinə tətbiq olunan məhdudiyyətlərin 27 fevral axşamınadək aradan qaldırılmasını tələb edib. Bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın müdafiə naziri Pete Hegseth şirkət rəhbərliyinə ultimatum verərək bildirib ki, tələblər yerinə yetirilməzsə, 1950-ci il tarixli Müdafiə İstehsalı Aktı tətbiq oluna bilər. Həmin qanun federal hökumətə özəl şirkətlərin məhsul və xidmətlərinin bölüşdürülməsinə birbaşa müdaxilə etmək səlahiyyəti verir. Alternativ təzyiq mexanizmi kimi əməkdaşlığın tam dayandırılması da nəzərdən keçirilir.

Nazir bu şərtləri fevralın 24-də Anthropic-in baş direktoru Dario Amodei ilə görüşdə səsləndirib.

Şirkət hərbi ehtiyaclar üçün məhsullarının istifadə qaydalarına müəyyən düzəlişlər etməyə hazır olduğunu bəyan edib. Bununla belə, Anthropic texnologiyalarının ABŞ vətəndaşlarına qarşı kütləvi nəzarət məqsədilə istifadəsinə qarşı olduğunu vurğulayıb.

Şirkət üçün əsas şərtlərdən biri də süni intellektin avtonom silah sistemlərində istifadəsinə qadağanın qorunub saxlanılmasıdır. Söhbət insan operatorun birbaşa icazəsi olmadan atəş aça bilən sistemlərdən gedir.

ABŞ Müdafiə Nazirliyi isə öz növbəsində bu texnologiyalardan “qanuni məqsədlər” üçün istifadə hüququ tələb edir. Qurum bu kateqoriyaya döyüş əməliyyatlarının aparılması və kəşfiyyat məlumatlarının toplanmasını daxil edir.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI kiber təhlükəsizlik üçün GPT-5.4-Cyber modelini təqdim etdi

OpenAI siber təhlükəsizlik üçün xüsusi hazırlanmış GPT-5.4-Cyber modelini elan etdi — model müdafiə məqsədli istifadəyə yönəlib.

Snap 1000 işçisini ixtisara salır — səbəb süni intellekt

Snap şirkəti süni intellektin inkişafını əsas göstərərək 1000 işçisini — işçi qüvvəsinin 16 faizini — ixtisara salacağını açıqladı.

Pakistan 7 illik qadağanı ləğv edib banklara kripto xidmətinə icazə verdi

Pakistan yeddi illik qadağanı aradan qaldıraraq banklara kripto şirkətlərə xidmət göstərməyə yaşıl işıq yandırdı.

Fintech-də AI: Sovkombank məhsul komandasının rutinini 50% azaltdı

Sovkombank-ın texnologiya komandası daxili AI assistent vasitəsilə məhsul komandasının rutin işini 50 faiz azaltmağa nail oldu.

Kiko Milano Ukraynada e-ticarət platformasını işə saldı: 21 mağaza

İtalyan gözəllik brendi Kiko Milano Ukraynada xüsusi e-ticarət platformasını işə salaraq 21 fiziki mağazası ilə birlikdə omnichannel strategiyasını gücləndirib.
spot_img