Rəqəmsal İnkişaf Şurası yaradıldı – Sədri Mehriban Əliyevadır

Azərbaycan Prezidenti İlham Əliyev rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanın Rəqəmsal İnkişaf Şurası (bundan sonra – Şura) yaradılıb.

Həmçinin şuranın aşağıdakı tərkibi təsdiq edilib:

Şuranın sədri

Azərbaycanın Birinci vitse-prezidenti

Şuranın üzvləri:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının elm və təhsil naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılacaq və Katiblik funksiyasının həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə ediləcək.

Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

spot_imgspot_img

Oxşar xəbərlər

Dubai Virtual Aktivlərin Emissiyasını Kodlaşdıran Dünyada İlk Yurisdiksiyaya Çevrildi

Dubai, VARA-nın yeni rəhbərlik sənədi ilə virtual aktivlərin emissiyasını qanunla kodlaşdıran dünyanın ilk yurisdiksiyasına çevrilərək qlobal kripto tənzimlənməsində tarixi bir addım atdı.

Neato $25 milyon investisiya ilə Amazon-dan kənara çıxır

E-ticarət böyümə şirkəti Neato 25 milyon dollar investisiya ilə Amazon-dan kənara çıxaraq Walmart və TikTok Shop kimi platformalara genişlənir.

Shein və Temu-nun hüquqi döyüşü: Məhkəmə iki davanı birləşdirdi

Washington DC məhkəməsi Shein və Temu-nun bir-birinə qarşı açdığı iki ayrı davanı birləşdirdi. Çin mənşəli iki platformanın hüquqi mübarizəsi e-ticarət dünyasını izləyir.

Süni intellekt çağında e-ticarət: Yeni qaydalar formalaşır

Süni intellekt e-ticarətin hər mərhələsini əhatə etməyə başlayıb. AI-nin onlayn pərakəndə satışa inteqrasiyası sürətləndikcə qaydalar yenidən formalaşır.

Amazon avtomobil satışını genişləndirir: Çox brend strategiyası

Amazon avtomobil satış platformuna bir sıra əsas brendlər əlavə edərək çox brend strategiyasını həyata keçirir. Bu addım onlayn avtomobil e-ticarətini yenidən formalaşdıra bilər.
spot_img