“Trendyol” əmtəə nişanına görə “Brendyol”u məhkəməyə verdi

“Trendyol” əmtəə nişanından istifadə etmənin qarşısının alınması və kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

İddiaçı cavabdeh qismində Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən “Brendyol”u göstərib.

İddia ərizəsində qeyd edilib ki, Azərbaycan ərazisində qorunan “Trendyol” əmtəə nişanına oxşar “Brendyol” söz nişanı və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadə cavadehə qadağan olunmalıdır. Eyni zamanda iddia tələbində Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mağazanın girişindən, reklam lövhələrindən “Brendyol” söz nişanının sökülməsi, o cümlədən, “İnstagram”, “TikTok”da və “Google Maps”da (Google Xəritələr) cavabdehin mağazasına aid səhifələrdə oxşar əmtəə nişanlarının yığışdırılması qeyd olunub.

Bundan başqa, “Trendyol” vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50 000 manat kompensasiya tələb edib.

Bakı Kommersiya Məhkəməsi “Trendyol”un iddiasını qismən təmin edib. Qərara əsasən, “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanından istifadə cavabdehə qadağan olunub. Vurulmuş ziyan və çəkdiyi xərclərin əvəzində isə “Brendyol” “Trendyol”a 7 000 manat kompensasiya veriləcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img