Azərbaycanda nağdsız ödənişlərin həcmi 5 mlrd. manata yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 5 mlrd. manata yaxınlaşıb

Azərbaycanda bu il noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 355 min ədəd artaraq 16 milyon 565 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.9% artıb.

“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Ödəniş kartlarında artım debet kartları üzrə 23.2%, kredit kartları üzrə 21.2% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 381 min, digər kartlar isə 2.5 mln. ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. 2023-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4990 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4 mlrd. 43 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 939 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 55.2%-ni təşkil edib.

Bundan əlavə, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 2.3%, POS-terminalların sayı 7.5% artıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Franklin Templeton XRP Ledger-ə 150 milyon dollar fond payı əlavə edib

Franklin Templeton XRP Ledger şəbəkəsinə 150 milyon dollar dəyərində fond payı əlavə edib, nəticədə fondun şəbəkədəki tokenlərinin həcmi dörd dəfə artıb.

Nvidia rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib

Nvidia rəhbəri Censen Huanq Astanada Qazaxıstan prezidenti ilə görüşərək ölkəni fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib.

HSBC ilk stablecoin-i RedCoin-i istifadəyə verdi

Qlobal bank nəhəngi HSBC özünün ilk stablecoin-i olan RedCoin-i ictimai istifadəyə açıb. Bu, ənənəvi bankçılığın rəqəmsal aktivlərə yanaşmasında mühüm dönüş nöqtəsidir.

NVIDIA internet olmadan işləyən kiçik süni intellekt modeli Nemotron 3.5 Bolt-u təqdim etdi

NVIDIA yerli cihazlarda işləyən Nemotron 3.5 Bolt kiçik dil modelini təqdim edib. Model internet olmadan fəaliyyət göstərir.

Tailand və Malayziya Sinqapurun BLOOM sərhədyanı rəqəmsal pul təşəbbüsünü dəstəkləyir

Tailand və Malayziya Sinqapurun rəhbərlik etdiyi BLOOM sərhədyanı rəqəmsal pul təşəbbüsünü dəstəklədiyini açıqlayıb.
spot_img