iyzico ilə Paynet-in birləşməsi tamamlanıb

iyzico-nun Paynet-i satın almasından sonra iki şirkətin birləşmə prosesi yekunlaşıb. Bundan sonra Paynet-in bütün fəaliyyətləri iyzico brendi altında, iyzico-nun texnologiya və əməliyyat imkanları əsasında vahid strukturda həyata keçiriləcək.

Türkiyənin ödəniş xidmətləri sahəsində aparıcı şirkətlərindən olan iyzico-nun 2025-ci ildə 87 milyon ABŞ dolları həcmində investisiya ilə fintex startapı Paynet-i tərkibinə qatmasından sonra inteqrasiya prosesi başa çatıb. Yeni mərhələdə Paynet-in mövcud müştəriləri və iş tərəfdaşlarına təqdim olunan xidmətlər 1 yanvar 2026-cı il tarixindən etibarən iyzico-nun infrastrukturu və təcrübəsi ilə vahid çətir altında göstərilməyə başlanıb.

Bu birləşmə Türkiyədə texnologiya sektorunda iki yerli şirkət arasında həyata keçirilmiş ən iri satınalmalardan biri hesab olunur. Sövdələşmə ilə iyzico B2B və B2B2C ödəniş həlləri sahəsində mövqelərini daha da gücləndirib. Eyni zamanda, Paynet-in sektor üzrə təcrübə və ixtisaslaşması iyzico-nun innovativ məhsulları və texnoloji infrastrukturu ilə birləşdirilib.

Prosesin tamamlanması iyzico-nun müştərilərinə təqdim etdiyi xidmətlərin davamlılığını təmin etməkəməliyyat səmərəliliyini artırmaq məqsədi daşıyan strateji addım kimi qiymətləndirilir.

Yeni dövrdə iyzico müxtəlif müştəri seqmentlərinə təqdim etdiyi ödəniş həllərini daha inteqrasiya olunmuş və vahid struktura salmağı, Paynet-in ixtisaslaşmasını iyzico-nun məhsul və texnologiya gücü ilə birləşdirərək iş tərəfdaşları və müştərilər üçün daha yüksək əlavə dəyər yaratmağı hədəfləyir.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img