Hindistanın yarımkeçirici şirkəti RRP Semiconductor-un səhmləri 20 ay ərzində 55 000 % bahalaşıb — şirkətin isə gəliri yoxdur və cəmi iki əməkdaşı var

Şirkət hələ də prosessor istehsalına başlamayıb.

Bloomberg yazır ki, RRP Semiconductor Hindistanda belə geniş tanınmayan bir şirkətdir. 2024-cü ilə qədər şirkət Chodankar adı altında fəaliyyət göstərib və əsasən termal görüntüləmə sistemləri və dronlar üçün kameraların istehsalı ilə məşğul olub. Hazırda isə fəaliyyət istiqamətini çiplərə yönəltdiyini bildirir. Şirkətlə əlaqəli olan RRP Electronics isə prosessorların yığılması və test edilməsi ilə məşğuldur.

Nəşrin qeyd etdiyinə görə, səhmlərin kəskin bahalaşmasının əsas səbəbi investorların “prosessor bumundan qazanc əldə etmək” istəyi ilə əlaqələndirilir. Eyni zamanda şirkətin səhmlərinin cəmi təxminən 2 %-i açıq bazarda ticarət olunur, qalan hissə isə onun təsisçisinə məxsusdur. Bloomberg-in sorğuladığı ekspertlər bildiriblər ki, investorlar hazırda istənilən yarımkeçirici şirkətin səhmlərini almağa meyllidirlər, xüsusilə də Hindistanda bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı az olduğu üçün.

RRP Semiconductor özü açıqlayıb ki, hələ prosessor istehsalına başlamayıb, heç bir dövlət proqramında iştirak etmirtanınmış şəxslərlə əlaqəsi yoxdur. Bununla yanaşı, şirkətin 68,2 milyon rupi məbləğində “mənfi gəliri” qeydə alınıb — planlaşdırılan 4,4 milyard rupi dəyərində satışlar ləğv edilib. Şirkətin zərəri 71,5 milyon rupi təşkil edir.

Hazırda RRP Semiconductor-da yalnız iki nəfər tam ştatlı əməkdaş çalışır. Qismən məşğul olan işçilərin sayı isə açıqlanmır.

Həm birja, həm də şirkətin özü investorları səhmləri almamaq barədə xəbərdar edib. Buna baxmayaraq, səhmlərin kəskin bahalaşması yerli tənzimləyici qurumların diqqətini cəlb edib. Məlumata görə, Hindistanın Qiymətli Kağızlar və Birjalar Şurası (SEBI) bu artımla bağlı araşdırmaya başlayıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img