Azərbaycanda daha 18 KOB subyekti “Startap” şəhadətnaməsi alıb

Azərbaycanda daha 18 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, “Startap” şəhadətnaməsinin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnamələri “OpenConnect” MMC-nin startap investor platforması, “LULLA” MMC-nin uşaqlar və valideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi, “İMYEN” MMC-nin tibbi radiologiya sahəsində süni intellekt funksiyalı proqram təminatı, “Vebtypely” MMC-nin “no-code” əsaslı vebsaytların hazırlanması üçün onlayn platforması, “JSM Solutions” MMC-nin biznes üçün CRM tətbiqi, “Yolüstü Service” MMC-nin müxtəlif istiqamətlər və marşrutlar üzrə nəqliyyat axtarış və sifariş sistemi, “Parkhub” MMC-nin parkinq yerlərinin axtarışı və istifadəsi üçün mobil tətbiqi, “Bishir” MMC-nin yemək həvəskarlarını birləşdirən sosial şəbəkə platforması, “Time Agency” MMC-nin tədbirlərin təşkili üçün mobil tətbiqi, fərdi sahibkarlar Bayram Süleymanovun aqrar xidmətlərin axtarışı və sifarişi üçün rəqəmsal platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil platforması, Ağa Əlislamovun virtual sərgilər, konfranslar və şəbəkələşmə tədbirləri üçün onlayn platforması, Arif Babayevin süni intellektə əsaslanan avtomatik proqramlaşdırma üçün onlayn platforması, “Sale 365” MMC-nin əməkdaş motivasiyası və biznesin inkişafı üçün rəqəmsal platforması, “Onvey” MMC-nin onlayn ticarət və çatdırılma xidməti üçün platforma və mobil tətbiqi, “Kinobox” MMC-nin onlayn kinoteatr, “İşgüzar Group” MMC-nin müxtəlif xidmətlər üçün onlayn marketpleysi və “SETM” MMC-nin pirotexniki vasitələrin və partlayıcı qurğuların məsafədən idarəolunması üçün proqram-aparat kompleksi layihələri üçün təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 238-ə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən il müddətinə azad edir.

spot_imgspot_img

Oxşar xəbərlər

PayPal ABŞ-da bank lisenziyası almaq üçün müraciət edib

Bank Yuta ştatında qeydiyyata alınacaq. PayPal ödəniş xidməti ABŞ-da sənaye...

BNPL və süni intellekt alətləri e-ticarətdə daha geniş tətbiq olunur

Adobe və Salesforce şirkətlərinin açıqladığı son məlumatlara görə, “sonra...

Rəqəmsal Logistika Platformasının “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır

Azərbaycanda Rəqəmsal Logistika Platformasının "Ticarət bələdçisi" modulu istifadəyə hazırdır. Bunu...

Tether “Yuventus” futbol klubunun nəzarət paketini almağı təklif edib

Bundan sonra klubun səhmləri 15,4 % bahalaşıb. TThe Wall Street...

Kaspi Hepsiburada-da 4,17 milyard TL məbləğində əlavə kapital artımını tamamlayıb

Kaspi, Hepsiburada şirkətində 4,17 milyard TL məbləğində kapital artımını...
spot_img