Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb

Bu ilin III rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 185 min 101 manatlıq 2 233 fırıldaqçılıq halı baş verib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, II rüblə müqayisədə müvafiq olaraq 3,4 dəfə və 3,9 dəfə çoxdur.

Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 28,4 % azalaraq 308 min 668 manata düşüb, fırıldaqçılıq hallarının sayı isə 59,6 % artaraq 7 669-a çatıb.

III rübdə ölkədaxili baş vermiş fırıldaqçılığın 39,4 %-i hesabın ələ keçirilməsi (5,4 faiz bəndi az), 60,6 %-i digər hallarla (5,4 faiz bəndi çox), ölkəxarici fırıldaqçılıq hallarının isə 73 %-i kartın fiziki iştirakı olamadan (7,1 faiz bəndi az), 27 %-i digər hallarla (7,1 faiz bəndi çox) bağlı olub.

İyul-sentyabr aylarında ölkədaxili fırıldaqçılığın 98,9 %-i (0,9 faiz bəndi az) elektron ticarət və mobil tətbiq üzərindən, 1,1 %-i (0,9 faiz bəndi çox) isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 86,6 %-i (0,5 faiz bəndi az) elektron ticarət və mobil tətbiq üzərindən, 13,4 %-i (0,5 faiz bəndi çox) isə digər hallarda baş verib.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img