“SOCAR Hackathon 2025″in rəsmi tərəfdaşı məlum olub

Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Microsoft” şirkəti “SOCAR Hackathon 2025” tədbirinə rəsmi tərəfdaş kimi qoşulur.

“Report” SOCAR-a istinadən xəbər verir ki, “Microsoft”un “SOCAR Hackathon 2025″də iştirakı tədbirin ümumi təcrübəsinin yüksəldilməsində mühüm rol oynayacaq.

Münsiflər heyətində təmsil olunacaq “Microsoft” tədbir çərçivəsində layihələrin qiymətləndirilməsi prosesində qlobal təcrübələrə uyğun olaraq, ədalətli, dərin təhlilə əsaslanan və innovasiyaya yönəlik qiymətləndirmənin təmin edilməsinə töhfə verəcək.

Bunla yanaşı, “Microsoft” “Hackathon” üçün rəqəmsal mühitin inkişafını dəstəkləyəcək, iştirakçılara öz həllərini yaratmaq və təqdim etmək üçün daha təkmilləşdirilmiş alətlər, resurslar və texniki imkanlar təqdim edəcək.

“Microsoft” şirkətinin tədbirə qatılması SOCAR-ın innovasiyaların təşviqi, gənc istedadların inkişafı və yenilikçi ideyaların güclənə biləcəyi ekosistem qurmaq öhdəliyimizi daha da möhkəmləndirir.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img