2026-cı ildə Azərbaycanın dövlət büdcəsində “Rəqəmsal İnkişaf Konsepsiyası”nın həyata keçirilməsi ilə bağlı xərclər üçün 5 milyon manat vəsait yönəldiləcək.
“Report” xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, büdcədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın həyata keçirilməsi ilə üçün 5 milyon manat, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üçün 5,8 milyon manat vəsait proqnozlaşdırılıb.
Həmçinin, büdcədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının bərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili üçün 40 milyon manat vəsait proqnozlaşdırılıb.