Azərbaycan Respublikasının Mərkəzi Bankı 2025-ci ilin birinci və ikinci rübləri üzrə ödəniş kartları ilə baş vermiş rəqəmsal fırıldaqçılıq hallarının statistikasını açıqlayıb. Təqdim edilən hesabatda qeyd olunur ki, bütün fırıldaqçılıq əməliyyatları ödəniş kartı istifadəçiləri tərəfindən şəxsi məlumatların kiberdələduzlara təqdim olunması nəticəsində baş verib.
I rüb üzrə göstəricilər
Ölkədaxili əməliyyatlar
- Fırıldaqçılıq əməliyyatlarının sayı: 992
- Ümumi məbləğ: 430 944 AZN
- Ən çox rast gəlinən fırıldaqçılıq növü: Hesab/kart məlumatlarının ələ keçirilməsi (68,8%)
- Ən çox istifadə olunan avadanlıq: Elektron ticarət və mobil tətbiq (96,9%)
Ölkəxarici əməliyyatlar
- Fırıldaqçılıq əməliyyatlarının sayı: 3628
- Ümumi məbləğ: 185 910 AZN
- Ən çox rast gəlinən fırıldaqçılıq növü: Kartın fiziki iştirakı olmadan həyata keçirilən əməliyyatlar (80,3%)
- Ən çox istifadə olunan avadanlıq: Elektron ticarət və mobil tətbiq (89,7%)
II rüb üzrə göstəricilər
Ölkədaxili əməliyyatlar
- Fırıldaqçılıq əməliyyatlarının sayı: 570
- Ümumi məbləğ: 344 083 AZN
- Ən çox rast gəlinən fırıldaqçılıq növü: Hesab/kart məlumatlarının ələ keçirilməsi (44,47%)
- Ən çox istifadə olunan avadanlıq: Elektron ticarət və mobil tətbiq (99,7%)
Ölkəxarici əməliyyatlar
- Fırıldaqçılıq əməliyyatlarının sayı: 4798
- Ümumi məbləğ: 430 104 AZN
- Ən çox rast gəlinən fırıldaqçılıq növü: Kartın fiziki iştirakı olmadan həyata keçirilən əməliyyatlar (81,2%)
- Ən çox istifadə olunan avadanlıq: Elektron ticarət və mobil tətbiq (87,3%)
Müqayisəli təhlil və ümumi nəticələr
Ölkədaxili əməliyyatlarda:
- Rəqəmsal fırıldaqçılıq hallarının ümumi məbləği 11% azalıb
- Əməliyyat sayı 27% azalıb
- Təsirə məruz qalmış kartların sayı 19% azalıb
Ölkəxarici əməliyyatlarda:
- Əməliyyat sayı 13,8% artıb
- Ümumi məbləğ 36,9% artıb
- Təsirə məruz qalmış kartların sayı 16,8% artıb
Mərkəzi Bankın tövsiyələri
Mərkəzi Bank ödəniş kartı istifadəçilərinə şəxsi və maliyyə təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı tövsiyələri verir:
- Həssas məlumatların paylaşılmaması:
Ödəniş kartının üzərindəki məlumatlar, PİN şifrəsi, SMS vasitəsilə göndərilən birdəfəlik kod, mobil bankçılıq hesabına giriş məlumatları, FİN və digər şəxsi məlumatlar heç bir halda kənar şəxslərlə paylaşılmamalıdır. - Saxtakar zənglərə qarşı diqqətlilik:
Bank və ya hüquq-mühafizə orqanlarının adından zəng edən şəxslərin istəklərinə diqqətlə yanaşın. Hər hansı xidmət adı altında sizdən həssas məlumatlar tələb olunarsa, zəngi dayandıraraq həmin qurumun rəsmi əlaqə kanalları ilə əlaqə saxlayın. - Şübhəli əməliyyatlara qarşı operativ reaksiya:
Hesabınızda sizə aid olmayan əməliyyat və ya şübhəli aktivlik aşkar etdikdə, mobil bankçılıq vasitəsilə kartı dərhal bloklayın və bankınıza məlumat verin.
Mərkəzi Bankın təhlilləri göstərir ki, 2025-ci ilin I və II rüblərində baş vermiş bütün fırıldaqçılıq halları istifadəçilərin şəxsi məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verib. Bu səbəbdən, maliyyə təhlükəsizliyinin qorunması məqsədilə vətəndaşların məlumatlı və diqqətli olması vacibdir.
Mərkəzi Bankın təqdim etdiyi ətraflı “Rəqəmsal Fırıldaqçılıq Statistikası” ilə rəsmi link vasitəsilə tanış ola bilərsiniz.