Google-dan süni intellekt dəstəkli geyim sınağı tətbiqi: Doppl

Google-un yeni tətbiqi Doppl, istifadəçilərə geyimləri rəqəmsal olaraq üzərlərində sınaqdan keçirməyə imkan verir. Süni intellektlə dəstəklənən bu tətbiq, şəxsi stil kəşfini asanlaşdırır.

Keçən ilin may ayında Google-un süni intellekt dəstəkli onlayn alış-veriş alətlərini təqdim etdiyini sizə çatdırmışdıq. Şirkət bu mövzuda yeni bir inkişafla yenidən gündəmə gəlib.

Google, istifadəçilərin mağazada gördükləri geyimləri öz üzərlərində rəqəmsal olaraq yoxlaya biləcəkləri yeni tətbiq Doppl-ı ABŞ-da istifadəyə verib. Şirkət süni intellekt dəstəkli bu tətbiq vasitəsilə şəxsi stil kəşfini daha əlçatan və interaktiv etməyi hədəflədiyini bildirib.

iOS və Android cihazlarda istifadə oluna bilən Doppl, istifadəçidən tam bədən fotosunu yükləməyi tələb edir. Daha sonra istifadəçi mağazada gördüyü geyimin şəklini və ya sosial şəbəkədən götürdüyü ekran görüntüsünü tətbiqə yükləyərək həmin geyimin öz bədənində necə göründüyünü görə bilir.

Tətbiq seçilmiş geyimi sadəcə rəqəmsal avatar üzərində vizuallaşdırmaqla kifayətlənmir, eyni zamanda süni intellektlə həmin geyimin hərəkətdə necə görünəcəyini simulyasiya edən videolar da yarada bilir.

Google bildirir ki, Doppl əvvəllər Google Shopping platformasında təqdim olunan virtual sınaq texnologiyalarının təkmilləşdirilmiş versiyasıdır. Lakin bu dəfə istifadəçilər müxtəlif model tipləri əvəzinə birbaşa öz görüntüləri üzərində geyimləri yoxlaya bilirlər.

Şirkət həmçinin tətbiqin hələ erkən mərhələdə olduğunu və nəticələrin həmişə reallığı tam əks etdirməyə biləcəyini qeyd edib. Tətbiqin gələcəkdə digər ölkələrdə də istifadəyə verilib-verilməyəcəyi isə hələ ki, bəlli deyil. Digər tərəfdən, Doppl süni intellektin təkcə mətn və ya vizual yaradılmasında deyil, real həyatla birbaşa təmasda olan sahələrdə necə tətbiq oluna biləcəyinə dair güclü bir nümunə təqdim edir.

spot_imgspot_img

Oxşar xəbərlər

İnnovasiya ekosistemi oyunçularının sertifikatlaşdırılması və akkreditasiyası proqramına yekun vurulub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Qlobal İnnovasiya İnstitutu...

Azərbaycanda dövlət və özəl poçt şirkətləri arasında rəqabət mübahisəsi: sahibkar narazılıq edir

“Azərpoçt” MMC-nin beynəlxalq onlayn ticarət platforması Temu ilə əməkdaşlığa...

Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“Azərpoçt”un “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb....

“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA

“Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard” prosessinq mərkəzinin lisenziyasında elektron...

Wolt yeni “Packages” funksiyanı təqdim edir: İndi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!

Wolt-un Azərbaycandakı istifadəçiləri üçün əla xəbər! Artıq Wolt tətbiqində yalnız...
spot_img