Epoint, VISA Payment Facilitator statusunu əldə etdi!

Epoint sahibkarlar üçün ödəniş proseslərini daha da sürətli, şəffaf və müasir formada təqdim edəcək.

(®) Epoint Inc. beynəlxalq ödəniş ekosistemində mühüm bir mərhələyə qədəm qoyaraq VISA tərəfindən Payment Facilitator (PF) statusu ilə sertifikatlaşdırılıb.

Bu status şirkətə platforması üzərindən ticarət tərəfdaşlarını (sub-merchant) birbaşa qoşmaq və onların ödənişlərini qəbul etmək imkanı verir.

Payment Facilitator kimi fəaliyyət göstərmək, Epoint-in sahibkarlar üçün ödəniş proseslərini daha da sürətli, şəffaf və müasir formada təqdim etməsinə imkan yaradacaq. 

Visa Payment Facilitator (PF) sertifikasiyası, ödəniş ekosistemində fəaliyyət göstərən platformalara rəqəmsal ödənişlərin qəbulunu daha çevik və təhlükəsiz şəkildə təmin etmək imkanı verən təşəbbüsdür. Bu proqram vasitəsilə Visa, yeni nəsil ödəniş həllərinin formalaşmasında iştirak edən platformalar üçün texniki dəstək, ekosistemə nəzarət və maliyyə inklüzivliyi sahəsində böyümə perspektivləri yaradır.

PF sertifikasiyası sayəsində payfac-lar Visa ilə birbaşa əməkdaşlıq imkanına sahib olur, daha geniş miqyasda risklərin idarə olunması və müştəri qorunması üçün resurslara çıxış əldə edirlər. Bu, xüsusilə inkişaf etməkdə olan regionlarda rəqəmsal iqtisadiyyatın güclənməsi üçün strateji bir vasitə kimi qiymətləndirilir.

Yeni imkanlar və üstünlüklər:

-Fərdiləşdirilmiş xidmətlər və komissiyalar – Platforma sahibkarlar üçün fərdi ödəniş şərtləri və əlavə xidmətlər (məsələn, fırıldaqçılıq monitorinqi) təklif edə bilər.

-Rəqəmsal uyğunluq və təhlükəsizlik – PCI DSS və KYC/AML standartlarına uyğun fəaliyyət tam şəkildə platforma daxilində həyata keçirilir.

-Beynəlxalq miqyaslı inkişaf üçün zəmin – PF statusu ilə Epoint, platformanı daha geniş coğrafiyada fəaliyyətə uyğunlaşdırmaq imkanı əldə edir.

“VISA tərəfindən verilmiş PF statusu, bizim texnoloji və əməliyyat imkanlarımızın bir daha təsdiqidir. Məqsədimiz – KOB sektorunu rəqəmsal ödənişlərdə yeni mərhələyə daşımaq və bu sahədə etibarlı tərəfdaş olmaqdır.” – deyə Epoint Inc. şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.

Ətraflı məlumat və əməkdaşlıq üçün:

epoint.az

+99470 242 99 66

info@epoint.az

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img