“Azərbaycan Fintex Assosiasiyası” bazarın inkişafı üçün təkliflər irəli sürüb

Azərbaycanın maliyyə bazarında innovativ inkişafın davamlı olması, “sandbox” rejimi çərçivəsində daha düzgün formada və planlaşdırılmış layihələrin sınaqdan keçirilməsi məqsədi ilə Mərkəzi Bankın dövlət sektoru ilə yanaşı həm də özəl sektordan aparıcı ekspertlərin cəlb edilməsi ilə innovativ həllər istiqamətində mərkəzi platformanın yaradılması təklif olunur.

Bu təkliflə “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda çıxış edib.

Bundan başqa, o deyib ki, Mərkəzi Bankın ötən ilin əvvəlində təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası”nda nəzərdə tutulduğu kimi fintexlərin fəaliyyət dairəsinin genişləndirilməsi təmin edilməli və onlar qarşısında yeni üfüqlər müəyyən edilməlidir: “Bu istiqamətdə fintexlərin Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinə, o cümlədən Ani Ödəniş Sisteminə inteqrasiyası, dövlət layihələrində iştirakı imkanlarının formalaşdırılması, müəyyən sosial ödənişlərin innovativ ödəniş aləti olaraq elektron pulla həyata keçirilməsi, bununla da fintexlərə yeni imkanların yaradılması nəzərə alınmalıdır”.

Sədrin sözlərinə görə, bank olmayan ödəniş xidməti təşkilatçıları – elektron pul və ödəniş təşkilatları üzrə əlavə fəaliyyət növlərinə dair tələblərə yenidən baxılması gələcək innovativ inkişafın mühüm amillərindən biridir: “Bu təşkilatlara banklar üçün cəlbedici hesab edilməyən, lakin fintexlərin daha çevik reaksiya verə biləcəyi sahələrdə texniki xidmət təchizatçısı kimi çıxış etmək imkanı verilməsi ödəniş bazarında daha şaxəli inkişafa səbəb ola bilər. İnnovativ inkişafın təməl prinsiplərindən olan maliyyə inklüzivliyi sahəsində rəqəmsal həllər daha səmərəli formada tətbiq edilməlidir”.

© “Report” 

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img