“Azərpoçt”: Gəlirlərimizin 65%-i maliyyə xidmətlərinin payına düşüb

Ötən il “Azərpoçt”un gəlirlərinin 65%-i maliyyə xidmətlərinin, 28%-i poçt xidmətlərinin, digər hissəsi isə logistika və digər xidmətlərin payına düşüb.

Bunu “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə danışarkən deyib.

“Xərclərimizin 60%-i isə əmək haqqı xərclərinin payına düşür. Ötən ili xalis mənfəətlə başa vurmuşuq. Bu ili də xalis mənfəətlə yekunlaşdırmaq hədəflərimizdən biridir. Ümumilikdə son üç ildə “Azərpoçt”un maliyə dayanıqlılığının qorunması və fəaliyyətinin xalis mənfəətlə davam etdirilməsi əsas hədədlərimizdəndir”, – deyə İ.Mustafayev əlavə edib.

Xəbər verdiyimiz kimi, “Azərpoçt” MMC-nin 2024-cü il üzrə illik gəliri 73.5 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 2% çoxdur. Keçən il üzrə xalis mənfəət 4.5 milyon manat, EBİTDA isə 9.9 milyon manat olub. Artıq son 3 ildir ki, cəmiyyət ili xalis mənfəətlə başa vurur və maliyyə dayanıqlılığını təmin edir.

© APA

spot_imgspot_img

Oxşar xəbərlər

Çin marketplace-i Poizon qlobal ekspansiya çərçivəsində Rusiya bazarına daxil olduğunu təsdiqləyib.

Birbaşa təchizatların Rusiyaya başlanması barədə məlumatı nəşrin mənbələri 19...

Apple, X və Airbnb stabilkoinlərin inteqrasiyasını maliyyə tərəfdaşları ilə müzakirə edir – Fortune

Fortune verdiyi məlumata görə, bu texnologiya nəhəngləri “tranzaksiya xərclərini...

Bir – yeni e-ticarət və fintek ekosistemi

Umico brendinin BirMarket adı altında yenidən brendləşdirilməsi gözlənilir. Bu...

m10-un öz ödəniş kartı istifadəyə veriləcək

PashaPay və Mastercard strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə Money 20/20...
spot_img