“Google” süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib

“Google” şirkəti süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib.

Əvvəllər bu prinsiplərə şirkətin həyata keçirməyəcəyi süni intellekt tətbiqləri adlı bənd daxil idi ki, buraya ümumi zərər verən və ya verə biləcək texnologiyalar, o cümlədən silahlar daxil idi.

Agentlik qeyd edir ki, bu ifadə artıq “Google”un səhifəsində görünmür.

Şirkətin nümayəndəsi agentliyə şərh verərkən şirkətin bloqunda dərc edilmiş məlumata istinad edib.

“Hesab edirik ki, demokratik ölkələr azadlıq, bərabərlik və insan hüquqlarına hörmət kimi əsas dəyərləri rəhbər tutaraq süni intellektin inkişafında lider olmalıdırlar. Bu dəyərləri bölüşən şirkətlər, hökumətlər və təşkilatlar insanları qoruyan, qlobal inkişafı təşviq edən və milli təhlükəsizliyi dəstəkləyən süni intellekti yaratmaq üçün birlikdə işləməlidirlər”, – məlumatda bildirilib.

“Google”un süni intellekt etikası qrupunun rəhbərlərindən biri olmuş Marqaret Mitçellin sözlərinə görə, bu addım “süni intellekt etikası sahəsində çalışan insanların gördüyü işi pozacaq”.

Onun sözlərinə görə, bu bəndin şirkətin prinsiplərindən çıxarılması “Google”un insanları öldürə biləcək texnologiyaların tətbiqi üzərində işləyə biləcəyi deməkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...
spot_img