Dünya valyutalarının məzənnələri Trampın Kanada, Meksika və Çindən gələn mallara tarif tətbiq etməsi fonunda ucuzlaşıb

Bu qərar həmçinin kriptovalyuta bazarının da enməsinə səbəb olub.

Saat 13:20-də ABŞ dolları Kanada dollarına nisbətdə 1% bahalaşaraq 1,46 CAD səviyyəsinə yüksəlib. Meksika pesosuna qarşı isə 2% dəyər qazanaraq 21 MXN səviyyəsinə çatıb.
Meksika valyutası 2021-ci ilin noyabrından, Kanada dolları isə 2003-cü ildən bəri belə aşağı səviyyəyə düşməyib, yazır Business Insider.

Avro da dəyər itirib — 1,28% ucuzlaşaraq $1,02 səviyyəsinə düşüb. Bu, 2022-ci ilin noyabrındakı minimum göstəriciyə yaxındır.
ABŞ dollarının Çin yuanına qarşı məzənnəsi 7,26 CNY, Hindistan rupiyasına qarşı isə 87 INR-i keçərək tarixi rekord həddə çatıb.
Avstraliya dolları isə 2020-ci ildən bəri ən aşağı səviyyəyə enərək 1,6 AUD/USD nisbətinə düşüb.

Maliyyə bazarlarındakı bu enişin əsas səbəbi ABŞ prezidenti Donald Trampın Çin, Kanada və Meksikadan gətirilən mallara tarif tətbiq etməsi ilə bağlıdır.
Analitiklərə görə, bu tariflər ABŞ-da inflyasiyanın artmasına, faiz dərəcələrinin aşağı salınma tempinin ləngiməsinə və dünya iqtisadiyyatının böyümə tempinə mənfi təsir göstərə bilər.

Bu hadisələrin fonunda kriptovalyuta bazarı da kəskin enişlə üzləşib.

spot_imgspot_img

Oxşar xəbərlər

Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi...

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...
spot_img